VII qurultaydan 7-ci Prezident seçkilərinə...
05.03.2024 [09:50]
YAP-ın tarixində yeni inkişaf mərhələsi
2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
Tarixin bu günündə - 2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Patiyasının (YAP) VII qurultayı keçirilib. Heydər Əliyevin ətrafında yaranan Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilib. YAP cəmi bir neçə aydan sonra iqtidar partiyasına çevrilib. Həmin dövrdən etibarən Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirlən bütün seçkilərdə inamlı qələbələr qazanıb. VII qurultay isə aparılan müzakirələrin və verilən qərarların mahiyyət və miqyasına görə xüsusilə fərqlənir. Deyə bilərik ki, bu qurultaydan sonra YAP-ın tarixində keyfiyyətcə yeni bir inkişaf mərhələsi başlayıb.
Yeni reallıqlar, yeni çağırışlar
Ayrı-ayrı siyasi partiyalar hadisələrin və proseslərin yedəyində gedirlər və hansısa mühüm qərarların məhz başqaları tərəfindən verilməsini gözləyirlər. YAP-ı isə novator partiya kimi səciyyələndirə bilərik. Zaman irəlilədikcə reallıqlar və çağırışlar da dəyişir. Yeni Azərbaycan Partiyası öz fəaliyyətində bu amili nəzərə almaqla ölkənin inkişafına, milli gücün artırılmasına nail olmaqdan ötrü daim islahatlar həyata keçirir və cəmiyyətə yeni ideyalar ötürür. Respublikamızda 2018-ci ildə keçirilmiş Prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyev geniş islahatların yeni mərhələsinin başlandığını anons etdi. Ölkədə siyasi konfiqurasiyanın yenilənməsinə start verildi. İslahatların daha geniş dalğası fonunda YAP-da da zəruri dəyişikliklərə rəvac verilməsi qaçılmaz idi.
Digər bir mühüm yeni reallıq isə ondan ibarət idi ki, partiyanın 2018-ci ildə keçirilmiş VI qurultayından sonra ölkəmiz 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atmaqla özünün ərazi bütövlüyünü təmin etməyə nail olmuşdu. Bununla da ölkəmizin yeni reallıqlarına uyğun yeni çağırışlar yaranmışdı. Həmişə proseslərin önündə olan Yeni Azərbaycan Partiyası da fəaliyyətini yaranan reallıqlara uyğun qurmalı idi. VII qurultayda qəbul olunan qərarlarda böyük Qələbəmizdən sonra formalaşan reallıqlar fonunda ölkəmizin qarşısında duran çağırışlar öz əksini tapdı.
Partiya daxilində vacib islahatlar
YAP-ın VII qurultayı həm də aparılan struktur islahatları ilə yadda qaldı. Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçildi, Gənclər Birliyinin say tərkibi müəyyənləşdirildi, üzvləri, sədri və sədr müavinləri seçildi. Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparat və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiqləndi.
Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini, digər müavin və partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edildi. Aparılan bu kimi dəyişikliklər, xüsusilə də Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi YAP-ın fəaliyyətinin səmərəliliyinin artmasına öz müsbət təsirini göstərir.
Qurultayda daha bir əlamətdar hadisə yaşandı - ölkədə fəaliyyət göstərən 6 siyasi partiya (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulmaq istəkləri ilə bağlı müraciət ünvanladılar və onların müraciəti müsbət həllini tapdı. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunmasına və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Bunun nəticəsidir ki, respublikamızda uzunmüddətli monolit həmrəylik təmin olunub. Azərbaycan cəmiyyəti bütün ümummilli məsələlərdə yumruq kimi birləşərək yekdil və sarsılmaz iradə ortaya qoyur.
Ən önəmli məqamlardan biri VII qurultayda YAP-ın yeni Nizamnaməsinin təsdiq olunmasıdır. Yeni Nizamnamənin təsdiq olunması YAP-ın fəaliyyətinin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.
VII qurultayda müzakirəyə çıxarılan mühüm məsələlərə uyğun olaraq partiyanın İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında YAP-ın 5 fəsildən ibarət Proqramı təsdiqlənib. Proqram ölkəmizin qarşısında duran hədəflər və çağırışlar nəzərə alınmaqla hazırlanıb. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub:
-Heydər Əliyev yolu
-Müstəqillik
-Azərbaycançılıq
-Dövlətçilik
-Qanunun aliliyi
-Varislik və təkamül
-Konstruktiv əməkdaşlıq və dialoq
-Sosial ədalət və insan amili
-Multikultural cəmiyyət
-Demokratik ənənələrin inkişafı
YAP 7-ci dəfə qalib oldu
YAP-ın VII qurultayından sonra ölkəmiz 2023-cü il sentyabrın 19-20-də keçirilən 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Qarabağda suverenliyini tam təmin edib. Ötən il oktyabrın 15-də Prezident İlham Əliyev separatizm ocaqlarının dağıdıldığı ərazilərdə, o cümlədən də Xankəndidə və Xocalıda üçrəngli bayrağımızı ucaltdı.
VII qurultaydan ötən dövrdə ölkəmizin yaşadığı ən əlamətdar hadisələrdən biri isə heç şübhəsiz ki, son Prezident seçkiləridir. Necə deyərlər, üç yeddi rəqəmi bir arada. VII qurultaydan sonra fevralın 7-də baş tutan seçkilər həm də YAP-ın tarixində qatıldığı sayca 7-ci Prezident seçkiləridir. Seçkilərdə partiyamızın prezidentliyə namizədi YAP-ın Sədri İlham Əliyev oldu. Seçkilərin nəticələri İlham Əliyevin cəmiyyətdə necə böyük nüfuza malik olduğunu bir daha təsdiqlədi - O, yüksək seçici fəallığı şəraitində baş tutan seçkilərdə səslərin 92,12 faizini qazanaraq növbəti dəfə dövlət başçısı seçildi. Beləliklə də, YAP 7-ci dəfə Prezident seçkilərinin qalibi oldu.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

