/ / Türkiyə-Azərbaycan enerji əməkdaşlığı Avropanın da enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır
Türkiyə-Azərbaycan enerji əməkdaşlığı Avropanın da enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır
27.06.2012 [23:28]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Baş nazir Rəcəb Tayyib Ərdoğan Dolmabaxça sarayının önündə Prezident İlham Əliyevi qarşılayıb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Avropanın enerji təhlükəsizliyinə, o cümlədən ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinin vurğulandığı görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
İyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Həmçinin, Müqaviləni Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzalayıblar.
BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşmanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzalayıblar.
Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında “Ev sahibi hökuməti müqaviləsi”ni Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, TANAP Şirkəti adından ARDNŞ-in prezidenti Rövnəq Abdullayev imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edərək bildirib ki, Azərbaycan ilə Türkiyə güclü qardaşlıq və qohumluq telləri ilə bir-birinə bağlı iki dövlətdir.
“İmzaladığımız müqavilələrlə münasibətlərimizə qardaş ölkələrimizin xüsusiyyətinə layiq olan strateji bir xarakter də qataraq əlaqələrimizi ən yüksək səviyyəyə çatdırdıq” - deyən Baş nazir Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Azərbaycan ilə hər zaman qeyd etdiyimiz bu dərin qohumluq və qonşuluq əlaqələrimizlə bərabər, enerji sahəsində də strateji əhəmiyyətə malik münasibətlərimiz var.
Baş nazir Rəcəb Tayyib Ərdoğan söyləyib ki, tarixi əhəmiyyətə malik daha bir yeni addım atılıb: “Qısa adı TANAP olan “Trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsinə dair Hökumətlərarası Müqavilə”ni və “Ev sahibi hökuməti müqaviləsi”ni imzaladıq. TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək çox önəmli və tarixi əhəmiyyətli bir layihədir. Beləliklə, bu gün Türkiyə-Azərbaycan enerji əməkdaşlığının inkişaf etdirilməsi yalnız ölkəmizin deyil, Avropanın da enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisəyə şahidlik edirik. Bu tarixi gündə sizlərlə birlikdə olmaqdan böyük məmnuniyyət və qürur duyduğumuzu xüsusilə ifadə etmək istəyirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək vurğulayıb ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dövlətimizin başçısı İlham Əliyev deyib ki, Türkiyə-Azərbaycan birliyi bölgədə sabitlik yaradan bir amildir: “Enerji məsələsinə gəldikdə, bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir”.
“Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. çünki bu gün imzalanan sənədlər də bunu təsdiq edir” - deyən Prezident İlham Əliyev söyləyib ki, bu layihəni biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik: “TANAP layihəsinin icrası nəticəsində biz ilk növbədə Türkiyəyə daha da böyük həcmdə təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda, Türkiyə ərazisindən tranzit imkanları da açılacaqdır. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir. Bu məsələ ilə bağlı aramızda fikir ayrılığı yoxdur”.
Sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin suallarını cavablandırıblar.
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb. Dövlət bayraqları ilə bəzədilmiş İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentini Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Dünən dövlətimizin başçısı Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

