Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / FHN: Hacıqabulda subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun kənarlaşdırılması təmin olunub

FHN: Hacıqabulda subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun kənarlaşdırılması təmin olunub

13.10.2024 [16:31]

Xəbər verildiyi kimi, intensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Subasmaya məruz qalmış bir sıra ünvanlarda əməliyyat nəticəsində suyun çəkilərək kənarlaşdırılması təmin olunub.

Həmçinin Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30