Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan millisinin Portuqaliya ilə cavab oyunu niderlandlı hakimlərə tapşırılıb

Azərbaycan millisinin Portuqaliya ilə cavab oyunu niderlandlı hakimlərə tapşırılıb

28.10.2024 [20:34]

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 29-da Vizela şəhərində reallaşacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Şona Şukrulaya Martina Boyer və Eşli de Haan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yuilan van Es yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun rəqibin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30