Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun - AÇIQLAMA
10.07.2025 [19:21]
Yarışlara və qələbələrə öyrəşmişəm. Düşünürəm ki, kifayət qədər güləşdim və böyük uğurlar əldə etdim. İndi isə yeni işimin başındayam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Paris-2024" Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.
Hazırda Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərən veteran idmançı yeni işindən bəhs edib: “Yaş qrupundan asılı olmayaraq, bütün milli komandaların koordinatoru vəzifəsində çalışıram. Bildiyim işdir. Məşqlərdə və yarışlarda yığmalarla birlikdə oluram. Misal üçün, bu yaxınlarda yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Mən də güləşçilərimizlə birgə mundiala yollanacağam. Fikrimcə, bu gün idmançıların yanında olmaq onlar üçün də böyük stimuldur. Karyeramı yeni başa vurduğum üçün milli komandanın üzvləri ilə ünsiyyətimiz tamamilə fərqlidir. Onlarla dostluq münasibətimiz var. Sözsüz ki, hörmət də öz yerindədir. Onlarla rahat şəkildə məşq edir, öz bildiklərimi bölüşürəm. Çalışıram ki, Azərbaycan güləşi daima zirvələrdə olsun və uğurlarımızın sayı günü-gündən artsın. Bunun üçün əlimizdən gələni edirik”.
O, aşağı yaş qruplarında güləşin hazırkı durumundan da söz açıb: “Yeniyetmə və gənclərimiz bu yaxınlarda Avropa çempionatından medallarla döndülər. Təbii ki, mükafatsız qalanlar da oldu. Bu o demək deyil ki, həmin uşaqlar zəifdirlər. İdman elə bir şeydir ki, hər zaman qalib gəlmək olmur. Potensiallı yeniyetmələrimizin sayı çoxdur. Bəzən beynəlxalq yarışlarda yer tutan uşaqlar yuxarı yaş qruplarına cəlb olunduqdan sonra nəticə verə bilmirlər. Çalışacağam ki, belə gənclərimiz itməsinlər. Onları xüsusi nəzarətdə saxlayırıq. Başqa cür mümkün deyil. Belə güləşçilərimizi qoruyub saxlamaq lazımdır. Ümid edirəm ki, gələcəkdə də öz işimizlə gözəl nəticələrə imza ata biləcəyik”.
H.Əliyev qarşıdakı illərdə məşqçi ola bilmək ehtimalından da danışıb: “Əlbəttə ki, ola bilər. Koordinator elə bir vəzifədir ki, sadəcə, idmançılara deyil, məşqçilərin proqramlarına da nəzarət edilir. Əslində, onlara göstəriş verməyə heç ehtiyac yoxdur. Çünki məşqçilərimizin hər biri peşəkardır. Onlar da bir zamanların Avropa və dünya çempionları olublar. Hazırda sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumovdur. Onun da 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına qədər müqaviləsi var. Gələcəkdə hər şey ola bilər. Dəyişikliklər hər zaman gözləniləndir. Mən isə öz növbəmdə güləşimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Sonuncu dəfə sərbəst güləş üzrə dünya çempionu 2017-ci ildə mən olmuşam. 8 ildir bu nəticəni təkrarlayan yoxdur. Təbii ki, xoş hal deyil. İstedadlı uşaqlarımız var. Ad çəkmək istəmirəm. İnanıram ki, onlar dünya çempionu adına sahib çıxacaqlar”.
Qeyd edək ki, Hacı Əliyev ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28

