Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Həbib Nurməhəmmədov UFC-yə qayıtmaqdan imtina edib

Həbib Nurməhəmmədov UFC-yə qayıtmaqdan imtina edib

21.08.2025 [19:21]

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov UFC-yə qayıtmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə amerikalı əfsanəvi döyüşçü Daniel Kormye mətbuata müsahibəsində bildirib.

"Həbib mənə dedi ki, yenidən UFC-də döyüşmək üçün 40 milyon dollarlıq təklif alıb, amma razılaşmayıb. Əgər ona 40 milyon dollar təklif olunubsa və bu pulu qəbul etməyibsə, deməli, heç vaxt UFC-yə qayıtmayacaq", - deyə Kormye vurğulayıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 MMA döyüşünün hamısında qalib gəlib. O, 2021-ci ildə peşəkar karyerasını bitirib.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30