“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə tarixi qələbə ilə başlayıb YENİLƏNİB-6
17.09.2025 [01:08]
UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da əsas mərhələdə mübarizəyə başlayıb.
Son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda “Benfika”nın qonağı olub. “Da Luş” stadionda keçirilən görüş komandamızın əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
Oyuna inamsız başlayan “Qarabağ” 6-cı və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
00:10
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda dördüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 48-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Kamilo Duran fərqlənib.
00:03
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün ilk yarısından sonra rəqib 2:1 hesabı ilə qalib gəlir.
23:50
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün fasiləsinə rəqib 2:1 hesablı üstünlüklə yollanıb.
23:30
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 30-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade rəqibi cəzalandırıb.
23:20
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Vangelis Pavlidis diqqət mərkəzinə düşüb.
23:10
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 6-cı dəqiqəsində rəqibin heyətində Entso Barrenеçеа fərqlənib.
23:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.
Xəbər lenti
Hamısına baxElm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48

