Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Çempionlar Liqası: “Qarabağ” bu gün “Çelsi” ilə qarşılaşacaq

Çempionlar Liqası: “Qarabağ” bu gün “Çelsi” ilə qarşılaşacaq

05.11.2025 [11:27]

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastyan Qishamer, onun köməkçiləri Roland Ridel və Santino Şrayner olacaqlar. Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək.

Bu, komandaların 3-cü dueli olacaq. Əvvəlki 2 oyun da Çempionlar Liqasına təsadüf edib. Komandalar 2017-2018-ci illər mövsümündə qrup mərhələsində üz-üzə gəliblər. Hər iki qarşılaşma London klubunun xeyrinə başa çatıb.

Qeyd edək ki, ilk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 15-ci, “Çelsi” isə 13-cü pillədə qərarlaşıb.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30