Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinala yüksəlib

10.03.2026 [16:18]

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi xalça üzərinə çıxıb.

AZƏRTAC xəbər verir ki, Ceyhun Allahverdiyev (61 kiloqram), Ağanəzər Novruzov (74) kiloqram), Vasif Xudiyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) inamlı çıxış edərək yarımfinala yüksəliblər.

Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30