Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İngiltərənin titullu klubu mövsümü xalsız başa vuraraq aşağı liqaya düşüb

İngiltərənin titullu klubu mövsümü xalsız başa vuraraq aşağı liqaya düşüb

05.05.2026 [22:43]

“Şeffild Uensdey” klubu İngiltərə Çempionşipinin 46-cı turunda “Vest Bromviç Albion” üzərində 2:1 hesablı qələbə qazanaraq mövsümü xalsız başa vurub.

AZƏRTAC xəbər verir ki, daha əvvəl maliyyə feyr-pley qaydalarını pozduğuna görə komandanın hesabından 18 xal silinmişdi. Dekabrın əvvəlində aşağı liqa təmsilçisinin xallarının sayı -10, son turadək isə -3 idi. Mövsümün sonuncu oyununda qazanılan qələbə sayəsində Şeffild təmsilçisi mənfi xallardan xilas olub.

Bu nəticə İngiltərə Futbol Liqası (Çempionşip, Liqa 1 və Liqa 2) tarixində ən zəif göstəricilərdən biri kimi qeydə alınıb.

Qeyd edək ki, “Şeffild Uensdey” İngiltərə çempionatının dördqat qalibi, ölkə kubokunun üçqat sahibi, həmçinin Liqa kubokunun qalibidir.

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31