Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan ilə Vyetnam arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan ilə Vyetnam arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

05.07.2014 [10:02]

İyulun 4-də Qubada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu nazirlər Azad Rəhimov və Hoanq Tuan Anh imzalayıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, memorandumda idman idarəçiliyi, təhsili, idman sahəsində proqram-texniki vasitələrin, eləcə də nümayəndə heyətlərinin mübadiləsi nəzərdə tutulur. Sənəddə, həmçinin milli idman federasiyaları, idman təşkilatları arasında birbaşa əlaqələrin qurulması, dəstəklənməsi və digər tədbirlər əksini tapıb.

Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30