Azərbaycan karateçilərinin daha bir uğuru
28.08.2014 [09:44]
Ərzurumda keçirilən beynəlxalq yarışda idmançılarımız ermənilər üzərində inamlı qələbə qazanıblar
“Türkiyənin Ərzurum şəhərində keçirilən Karate üzrə 11-ci Beynəlxalq “Palandökən” turnirinin nəticələrini yarışlarda iştirak edən Azərbaycan komandasının üzvləri üçün uğurlu hesab etmək olar”. Bu sözləri qəzetimizə açıqlamasında komandamızın üzvü Əli Cəfərov söyləyib. O, deyib ki, əvvəlcə karateçilər arasında fərdi yarışlar keçirilib. Azərbaycan təmsilçisi Əli Cəfərov +84 kq. çəki dərəcəsində növbəti uğura imza atıb. Bu çəki dərəcəsində bütün rəqiblərini üstələyən Əli turnirin baş mükafatına layiq görülüb: “Mənim ilk rəqibim İran idmançısı idi. Daha sonra yerli - türkiyəli idmançını 9-0 hesabı ilə məğlub etdim. Yarımfinalda İsveçdən olan karateçini də məğlub edərək finala vəsiqə qazandım. Finalda isə daha bir türkiyəli idmançını məğlub edərək turnirin qalibi oldum”.
Ə.Cəfərov bildirib ki, karateçilərimiz üçün komanda yarışları daha maraqlı və yaddaqalan olub. Belə ki, kumite yarışlarında idmançılarımız erməni karateçilərlə üz-üzə gəliblər. “Əlbəttə ki, düşmən, işğalçı ölkənin idmançıları ilə keçirilən görüş bizim üçün olduqca əhəmiyyətli idi. Hələ yarışlardan əvvəl qarşımıza belə bir məqsəd qoyduq ki, nə olursa, olsun, erməniləri məğlub etməliyik. Bundan qabaq da bir neçə yarışda ermənilərlə qarşılaşmışdıq və onları məğlub etmişdik. Ümumiyyətlə, erməni idmançıları, demək olar ki, heç bir yarışda bizim idmançılara qalib gələ bilmirlər. Bizim ölkəmizdə idmana göstərilən diqqət və qayğı, idmançılarımızın hazırlıq səviyyəsi həmişə özünü göstərir. Bu dəfə də biz erməniləri məğlub etdik. Belə ki, böyüklərdən ibarət seçmə komandamızın üzvləri Pənah Abdullayev və mən rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşatdıq. Bu, bizim üçün böyük xoşbəxtlik idi. Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk etdilər”, - deyə Ə.Cəfərov vurğulayıb.
Əli Cəfərov deyib ki, karateçilərimizin əldə etdiyi bu nailiyyətlər ölkəmizdə yüksək qiymətləndirilib. İstər ölkə mediası, istərsə də cəmiyyət yığmamızın üzvlərinin nailiyyətlərinə böyük maraq göstərib. Həmçinin, federasiya səviyyəsində də qalib idmançılarımızın qələbələri qiymətləndirilib. Əli Cəfərov bildirib ki, yarışlardan Vətənə dönən karateçilərimizlə federasiyada görüş olub. Federasiyanın vitse-prezidenti İlham Qasımzadə idmançıları təbrik edərək onlara mükafatlar təqdim edib.
Ümumiyyətlə, idmançılarımızın beynəlxalq arenalarda əldə etdiyi nailiyyətlərin dövlətimizin idman sahəsinin inkişafına yüksək diqqət və qayğısı ilə birbaşa bağlı olduğunu vurğulayan Əli Cəfərovun sözlərinə görə, möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir: “Azərbaycan dövlətinin əsas prioritetlərindən biri gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, sağlam böyüdülməsidir. Dövlətimiz bunun üçün çoxsaylı proqramlar həyata keçirir, idman kompleksləri inşa etdirir, idmançılara böyük diqqət ayırır, beynəlxalq yarışlarda qələbə qazanan idmançıların sosial təminatının gücləndirilməsi üçün müvafiq addımlar atılır. Bunlar isə öz müsbət nəticəsini verməkdədir. İdmançılarımızın beynəlxalq yarışlarda qələbələr qazanması, onların şərəfinə Azərbaycanın dövlət himninin səsləndirilməsi, bayrağımızın yüksəldilməsi bu gün bütün idmançıları ruhlandırır. Əlbəttə ki, ölkəsinin idman şərəfini qorumaq, bayrağını ucaltmaq, beynəlxalq idman arenalarında dövlətinin himnini səsləndirmək hər bir idmançı üçün həm böyük məsuliyyət, həm də böyük fəxrdir. Biz idmançılar bütün yarışlara, məhz bu motivasiya ilə hazırlaşırıq. Dövlət əlindən gələni edir, federasiyamız lazımi şəraiti yaradır, biz də üzərimizə düşən məsuliyyəti dərk edib, var gücümüzlə çalışmalıyıq ki, xalqımızın, dövlətimizin etimadını doğruldaq”.
Bu günə qədər iki dəfə dünya çempionu və beş dəfə Avropa çempionu titulunu qazanan, bir dəfə Dünya çempionatının bürünc, bir dəfə isə Avropa çempionatının gümüş medallarını boynuna asan idmançımız Ərzurumda əldə etdiyi qələbələrin sevincini yaşamaqla bərabər, artıq qarşıdakı yarışlara hazırlığa start verib. O deyir ki, hazırda karate üzrə milli komandamızın üzvlərinin, o cümlədən, ölkəmizin bütün idmançılarının ən böyük hədəfi gələn il Bakıda keçiriləcək Avropa oyunlarıdır: “Qarşıda bizi daha məhsuldar yarışlar gözləyir. İstanbulda və Bakıda keçiriləcək turnirlərlə yanaşı, Almaniyanın evsahibliyi edəcəyi Dünya çempionatında da uğur qazanmağa çalışacağıq. Amma əlbəttə ki, bizim üçün əsas hədəf gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. İlk dəfə məhz Azərbaycanda keçiriləcək bu yarışa çox böyük məsuliyyətlə hazırlaşırıq. Hamımızın məqsədi dünya idman tarixində mühüm bir yer tutacaq ilk Avropa Oyunlarında qızıl medal qazanaraq xalqımızı sevindirməkdir. Bütün dünyanın diqqəti bu yarışa yönələcək. İnanıram ki, həm dövlətimiz bu Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək, həm də idmançılarımız uğurlu nəticələr qazanacaqlar. Çünki bunun üçün hər cür şərait var. Bizim vəzifəmiz isə yalnız yüksək səviyyədə hazırlıq keçmək və yarışlarda qələbə qazanmaqdır”.
Sonda Ə.Cəfərov bütün nailiyyətlərin əldə olunmasında əməyi olan hər kəsə, o cümlədən, müəllimləri Rəhman Hətəmov, Eldəniz Qəmbərov, Qurban Tağıyev və Anar Allahverdiyevə minnətdarlığını bildirib.
AQŞİN
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

