Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Çingiz Hüseynzadə: Bakı IV İslam Həmrəylik Oyunlarını keçirməyə tam hazırdır

Çingiz Hüseynzadə: Bakı IV İslam Həmrəylik Oyunlarını keçirməyə tam hazırdır

05.11.2015 [10:22]

İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqlar Bakının IV İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə keçirmək üçün tam hazır olduğunu bildiriblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə noyabrın 4-də jurnalistlərə müsahibəsində bildirib.
Ç.Hüseynzadə deyib: “Bilirsiniz ki, Baş Assambleya IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi haqqında qərarı iki il əvvəl qəbul edib. İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasını Bakıda keçirməkdə məqsədimiz İslam ölkələrindən nümayəndələrin Bakının bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi üçün həyata keçirilən hazırlıq işləri ilə tanış olmalarıdır”.
MOK-un vitse-prezidenti vurğulayıb ki, qonaqlar Bakı ilə bağlı xoş təəssüratlarını diqqətə çatdırıb, hazırlıq işlərindən razı qalıblar. Dünən Federasiyanın İcraiyyə Komitəsinin iclasında yarışların cədvəli tərtib olundu, Oyunların vaxtı müəyyənləşdirildi. Dördüncü İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək keçiriləcək. Qonaqlar Oyunların keçiriləcəyi idman arenalarında yaradılan şəraitlə də tanış olacaqlar.
“Hesab edirəm ki, Baş Assambleya öz işini uğurla başa çatdırdı. Bizim vəzifəmiz bundan sonra IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlaşmaq və onu birinci Avropa Oyunları kimi yüksək səviyyədə keçirməkdir”, - deyə Ç.Hüseynzadə bildirib.

Paylaş:
Baxılıb: 1156 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30