“Sky Sports” kanalı “Formula-1” üzrə Avropa Qran-pri yarışları ilə bağlı Bakıda çəkiliş aparıb
05.02.2016 [09:29]
İngiltərənin “Sky Sports” telekanalının nümayəndələri “Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkətinin fəaliyyəti ilə tanış olublar. “Formula-1” yarışlarının yayım hüququna sahib kanalın Bakıya səfər edən jurnalistləri Avropa Qran-pri yarışlarının yeni şəhər trası ilə yaxından tanış olub və çəkiliş aparıblar.
AZƏRTAC xəbər verir ki, Bakıya səfər edən kanalın heyətinə “Formula-1” “Paddok” klubunun məşhur aparıcılarından olan və “Tedin gündəliyi” verilişi ilə tanınan Ted Kravitz rəhbərlik edib. Ted Kravitzin ölkəmizə səfərinin məqsədi bu ilin yayında Azərbaycanda ilk dəfə baş tutacaq “Formula-1” üzrə Avropa Qran-prisinin keçiriləcəyi trasın xüsusiyyətləri haqqında ətraflı məlumat almaq və BŞH-i barəsində videoreportaj hazırlamaq olub.
Çəkilişlərə elə hava limanından başlayan qonaqlar oradan Bakının rəmzi olan “Alov qüllələri”nə gəliblər. Sonra çəkiliş qrupu Fəvvarələr meydanı, Bayraq Meydanı və “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall”a səfər edərək həmin yerlərdə maraqlı məqamları lentə alıblar.
Ted Kravitzin rəhbərliyi ilə çəkiliş qrupu Bakı Şəhər Halqasının inşa ediləcəyi ərazidə olublar. Burada qonaqları BŞH-in yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Batçer müşayiət edib. Çəkiliş zamanı builki yarışın gündəliyinə salınan Avropa Qran-prisinin keçiriləcəyi yerin özünəməxsus xüsusiyyətləri, o cümlədən BŞH-in şəhər trasları arasında ən sürətli olacağı gözləntisi və digər vacib məqamlar əhatə edilib. Qonaqlara məlumat verilib ki, Dənizkənarı Milli Park boyunca davam edən əsas sürət xəttində bolidlərin maksimal sürətinin saatda 340 kilometrə çatacağı gözlənilir. Həmçinin trasın 7-11-ci döngələrinin tarixi İçərişəhərin divarları boyunca davam etdiyi diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

