Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Britaniyalı marafon iştirakçısı: Tədbirdə insanların həmrəylik nümayiş etdirməsi böyük önəm kəsb edir

Britaniyalı marafon iştirakçısı: Tədbirdə insanların həmrəylik nümayiş etdirməsi böyük önəm kəsb edir

03.05.2016 [09:51]

“Mən əslən böyük britaniyalıyam. İki ildir ki, Bakıda yaşayıram. Bu çox fantastik və gözəl tədbirdir. Marafonda gənclərlə yanaşı, yaşlı insanların da iştirak etməsi çox xoşuma gəldi”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2016”da qadınlar arasında ikinci yeri tutmuş böyük britaniyalı Nataşa Petersen bildirib.
Böyük britaniyalı iştirakçı deyib: “Bu marafon Azərbaycanın və Bakı şəhərinin dünyada yaxından tanınması, ölkənizdə idmanın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həm də xeyriyyə məqsədi ilə keçirilən tədbirdə insanların bir araya gəlməsi, həmrəylik nümayiş etdirməsi, marafona Azərbaycan vətəndaşları ilə yanaşı, burada yaşayan əcnəbilərin qoşulması böyük önəm kəsb edir”.

Paylaş:
Baxılıb: 989 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30