“Olimpiya hərəkatı” kütləvi idman proqramının qalibləri mükafatlandırılıb
08.06.2016 [09:56]
İyunun 7-də Milli Olimpiya Komitəsində (MOK) “Olimpiya hərəkatı” kütləvi idman proqramının qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə MOK-un marketinq departamentinin rəhbəri, proqramın əlaqələndiricisi Mehman Kərimov “Olimpiya hərəkatı” haqqında məlumat verib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə proqramın əhəmiyyətini yüksək qiymətləndirib. Proqrama Bakının 330 məktəbindən 52 min şagirdin qatıldığını vurğulayan vitse-prezident iştirakçılara təşəkkürünü bildirib, müəllimlərin əməyini xüsusi vurğulayıb. Müəllimlərin proqramda fəal iştirakı və layihəyə dəstək olmaları bizi çox sevindirir. Azərbaycandan əvvəl bu proqram dörd ölkədə icra olunub. Bakıda keçirilən yarış onlardan geri qalmayıb, hətta digərlərindən yüksək səviyyədə təşkil olunub.
“Yarışa 4 federasiya cəlb olunmuşdu. Biz futbol istisna olmaqla, uşaqlar arasında ən çox sevilən və oynanılan idman növlərini seçdik. Bunlar atletika, basketbol 3x3, badminton və velosiped idmanıdır. Əgər idmanın digər növlərini seçsəydik, yarışa peşəkar idmançıları cəlb etməli idik. Ancaq idmanın bu dörd növü ilə uşaqlar gün ərzində mütəmadi olaraq məşğul olurlar. Hər dörd federasiyaya göstərdiyi köməyə görə minnətdarlığımı bildirirəm. Biz hazırda bu proqramın ənənəvi qaydada keçirilməsinə çalışırıq”, - deyə Çingiz Hüseynzadə bildirib.
Proqramın qaliblərinin MOK-un dostu olduğunu vurğulayan vitse-prezident gələcək illərdə şagirdlər arasından böyük idmanla məşğul olanların, həmçinin Avropa, dünya çempionlarının çıxacağına əminliyini diqqətə çatdırıb.
Sonra proqramın həyata keçirilməsində yaxından iştirak edən qurumlar fəxri fərman və təşəkkürnamə ilə təltif edilib.
“Olimpiya hərəkatı” proqramı çərçivəsində keçirilən yarışları yüksək səviyyədə işıqlandırdığına görə Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC da təltif olunub.
Sonda qalib şagirdlərə fəxri fərmanlar verilib.
İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının orta ümumtəhsil məktəblərində təhsil alan 12-16 yaşlı şagirdlərdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

