Formula-1 şəhərciyi: Əyləncə, adrenalin və sürət
17.06.2016 [09:55]
Dənizkənarı Milli Parkda Formula-1 Avropa Qran-prisinin “Formula-1 şəhərciyi” qonaqları qəbul etməyə başlayıb. Bayram ab-havasına bürünmüş Bakıda sürət və adrenalin həvəskarları məhz bu məkana toplaşırlar.
AZƏRTAC xəbər verir ki, yerli və xarici qonaqların vaxtının maraqlı keçməsi üçün burada bütün işlər “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən yüksək peşəkarlıqla görülüb.
Formula-1 və Azərbaycan mədəniyyəti
Qədim və zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilib. “Formula-1 Şəhərciyi”ndə ölkəmizin mədəniyyətini və mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim edir. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini cəlb edir. Milli şirniyyat növləri olan paxlava, şəkərbura və qoğalın ləziz dadı turistlərin zövqünü oxşayır. Rəngarəng naxışlı əl işləri və ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb olur.
Bakı, sürət və həyəcan
“Formula-1 Oyun Zonası” da maraqla qarşılanan məkanlardan biridir. Yüksək sürəti sevən azarkeşlər burada simulyator oyunu vasitəsilə Bakı trekində yürüş edirlər. Azarkeşlər bu oyunlarda sanki Avropa Qran-prisinin bir hissəsinə çevrilərək bu mötəbər yarışın həyəcanını yaşayır, onun adrenalinini hiss edirlər. Burada azarkeşlərə digər oyunlar da təqdim olunur. İsti iyun ayın günlərində “Formula-1 Oyun Zonası”nda boliddə əyləşib Bakı şəhər halqasında yürüş etməyin həyəcanını sözlə ifadə etmək mümkün deyil.
Formula-1in məşhur brendləri Bakıda
Şəhərcikdə Formula-1 məhsullarının satışı da təşkil olunur. Burada “Mercedes” və “Ferrari” kimi məşhur komandaların geyim, aksessuarı və digər ləvazimatlarını əldə etmək olar. Bundan başqa, “Mixael Şumaxer” brendi ilə təqdim edilən istənilən Formula-1 aksessuarına da sahib olmaq mümkündür. Satışların yeni başlamasına baxmayaraq, azarkeşlərin coşğusu həm yerli, həm də əcnəbi fanatların burada istədiklərini tapmalarından xəbər verir.
Dünya ulduzları Bakı səhnəsində
Cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas yarışın ilk günü başa çatdıqdan sonra minlərlə Formula-1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.
Şənbə günü axşam isə dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias həyəcan dolu konsert proqramı ilə səhnədə yer alacaq. Latın pop musiqisinin kralı kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyonluq satış rekordu qıran ifaçı təsnifat yarışları başa çatdıqdan sonra “Formula-1 Şəhərciyi”ndə öz mahnıları ilə tamaşaçıları coşduracaq.
Bazar günü axşam isə yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri Farel Vilyams əsas səhnədə yer alaraq möhtəşəm musiqi proqramı ilə Avropa Qran-prisinə yekun vuracaq. Amerikalı istedadlı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin digər musiqi parçalarının müəllifi kimi tanınır. Avropa Qran-prisində sonuncu avtomobilin finiş xəttini keçməsindən təxminən bir saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula-1 Avropa Qran-prisi yekunlaşacaq. Səhnəyə, həmçinin 2013-ci il “Yeni dalğa” musiqi yarışmasının qalibi, kubalı müğənni Roberto Kel Torres də çıxacaq.
Səyyar əyləncə proqramı
Yarış günləri ərzində səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatacaqlar. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, 8 metr hündürlüyündə dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunacaq. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti trekdə dincəlməyə yer axtaranları da diqqətdən kənarda qoymayıb. Trekdəki gərginlikdən bir qədər uzaqlaşmaq istəyənlər çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

