/ / Azərbaycan paralimpiyaçıları XV Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Braziliyaya yola düşüblər
Azərbaycan paralimpiyaçıları XV Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Braziliyaya yola düşüblər
03.09.2016 [08:57]
Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyətinin Braziliyaya yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, komitə rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV nümayəndələri iştirak ediblər.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan komitənin prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib.
Paralimpiyaçılarımızın dördilliyin zirvə yarışına plana uyğun hazırlığından danışan İ.Rəhimov idmançılarımızın potensialından danışıb və ölkəmizin “Rio-2016”da güclü heyətlə təmsil olunacağını deyib.
İ.Rəhimov Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib. Olimpiya millimizin “Rio-2016”da uğurlu çıxışının paralimpiyaçılarımızı yeni qələbələrə ruhlandırdığını vurğulayan komitə prezidenti Paralimpiya Oyunlarında Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına və dövlət himnimizin səslənəcəyinə inandığını deyib: “Paralimpiyaçılarımız Rioya qələbə üçün gedirlər. Əminəm ki, onlar olimpiyaçılarımızın başladığı zəfəri davam etdirəcəklər və Vətənimizə qalibiyyətlə dönəcəklər. Hamını paralimpiyaçılarımıza dəstək verməyə və yarış ərzində azarkeşlik etməyə çağırıram”.
Rio-de-Janeyroya 27 idmançı yola düşüb. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadındır. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmləri “London-2012” ilə müqayisə etdikdə, 6 idmançı və 8 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir.
Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng Marakana stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.
Ümumilikdə, paralimpiyaçılarımız mötəbər turnir öncəsi yüksək səviyyədə hazırlıq keçiblər. “London-2012” Olimpiya Oyunları başa çatdıqdan sonra yeni proqram üzrə hazırlığa start verən idmançılar üçün hər cür şərait yaradılib. Hazırlıqlara təlim-məşq toplanışları, beynəlxalq yarışlarda çıxışlar, maddi-texniki bazanın genişləndirilməsi və digər məsələlər daxil edilib.
Son dörd il ərzində paralimpiyaçılarımız 161 medal qazanıblar. Bunların 64-ü qızıl, 57-si gümüş, 40-ı isə bürünc olub. Hesabat dövründə iki paralimpiyaçımız dünya rekordunu yeniləyib. Milli komandamızın üzvləri 61 təlim-məşq toplanışında iştirak ediblər. Bu hazırlıq proseslərindən 17-si xaricdə, 44-ü isə respublikamızda təşkil olunub.
Qeyd edək ki, XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən sentyabrın 18-dək Rio-de-Janeyroda keçiriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

