Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rauf Əliyev: Dövlətin gücü həm də vətəndaşların öz gələcəyinə inamında, cəmiyyətin birliyində və milli maraqlar ətrafında səfərbər olmaq bacarığında ifadə olunur

Rauf Əliyev: Dövlətin gücü həm də vətəndaşların öz gələcəyinə inamında, cəmiyyətin birliyində və milli maraqlar ətrafında səfərbər olmaq bacarığında ifadə olunur

09.10.2026 [16:19]

"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər ölkəmizin qarşıdakı dövr üçün inkişaf istiqamətlərini, dövlət, xalq və partiya  qarşısında dayanan əsas vəzifələri aydın şəkildə müəyyənləşdirir. Bu vəzifələr sırasında sosial məsələlər və milli təhlükəsizliyin qorunması, təhsil, bilik və savad xüsusi əhəmiyyət daşıyır. Çünki güclü dövlət, ilk növbədə, vətəndaşının təhlükəsizliyini təmin edən, onun sosial rifahını yüksəldən və gələcəyə inamını möhkəmləndirən, savadlı gəncliyə malik dövlətdir".

Bu fikirləri YAP İdarə Heyətinin üzvü Rauf Əliyev deyib. O bildirib ki, Azərbaycan son illərdə böyük tarixi nailiyyətlər əldə edib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradıb. Bu gün əsas məqsəd əldə olunan uğurları qorumaq, təhlükəsizlik imkanlarımızı daha da gücləndirmək və hər bir vətəndaşın həyatında inkişafın real nəticələrini təmin etməkdir. "Sosial siyasətin mərkəzində insan amili dayanır. Cənab Prezidentimiz qurultaydakı çıxışında bununla bağlı mühüm fikirlər səsləndirdi. Əməkhaqlarının və pensiyaların yüksəldilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslərə dəstək, aztəminatlı ailələrin problemlərinin həlli dövlətin qarşısında duran mühüm vəzifələr kimi hər zaman priortetlik daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da sosial siyasətin mühüm istiqamətlərindəndir. Böyük Qayıdış yalnız insanların öz torpaqlarına dönməsi deyil, həm də onların təhlükəsiz yaşayış, məşğulluq, təhsil və tibbi xidmət imkanları ilə təmin olunması deməkdir. Azərbaycan öz gücü ilə bütün bunlara nail olur".

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bununla yanaşı, ölkəmizin təhlükəsizliyinin təmini də ən vacib şərtlərdəndir. Ölkəmiz özünün hərbi gücünü artırır. Amma təhlükəsizlik yalnız hərbi güclə məhdudlaşmır. "İnformasiya məkanının qorunması, kiberhücumlara qarşı mübarizə, gənclərin zərərli təbliğatdan müdafiəsi və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi də mühüm vəzifələrdir. Bu sahədə təhsilin, vətənpərvərlik tərbiyəsinin və cəmiyyətin düzgün məlumatlandırılmasının rolu böyükdür. Dövlətin gücü həm də vətəndaşların öz gələcəyinə inamında, cəmiyyətin birliyində və milli maraqlar ətrafında səfərbər olmaq bacarığında ifadə olunur. Cənab Prezidentimiz də vurğuladı ki, partiyanın qarşısında duran əsas vəzifələrdən biri dövlət siyasətinin mahiyyətini cəmiyyətə daha dolğun çatdırmaq, təhlükəsizlik məsələlərində məsuliyyətli vətəndaş mövqeyini gücləndirməkdir. Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflər partiya təşkilatlarının gündəlik fəaliyyətində konkret işlərlə, vətəndaşlarla birbaşa təmasla və nəticəyönümlü təşəbbüslərlə tamamlanmalıdır. Əminəm ki, sosial rifahın yüksəldilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi və müstəqil inkişaf xəttinin davam etdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələr ardıcıl şəkildə həyata keçiriləcək. Çünki Azərbaycanın gücü dövlətlə xalqın birliyində, təhlükəsizliyi təmin etmək əzmində və hər bir vətəndaşın rifahını ümumi inkişafın ayrılmaz hissəsi kimi qəbul edən siyasətdədir", - deyə R.Əliyev vurğulayıb.

PƏRVİZ

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31