/ / İsmayıl İbrahimov: Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi hədəflər Azərbaycanın yeni inkişaf mərhələsinin yol xəritəsidir
İsmayıl İbrahimov: Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi hədəflər Azərbaycanın yeni inkişaf mərhələsinin yol xəritəsidir
08.10.2026 [15:37]
"Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi platforma kimi yadda qaldı. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda geniş və konseptual çıxışı ölkəmizin keçdiyi tarixi yolu, əldə olunan böyük nailiyyətləri və qarşıda duran strateji vəzifələri aydın şəkildə ortaya qoydu. Xüsusilə diqqətçəkən məqam odur ki, bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır".
Bu fikirləri Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov deyib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə paralel inkişaf edib. 1992-ci ilin noyabrında YAP-ın təsis qurultayının keçirilməsi ölkəmizin son dərəcə ağır siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi dövrə təsadüf edirdi. Torpaqlarımız işğal olunur, dövlət idarəçiliyi iflic vəziyyətinə düşür, ölkə parçalanmaq təhlükəsi ilə üzləşirdi. Belə bir şəraitdə xalqın müdrik seçimi Ulu Öndər Heydər Əliyevin siyasi liderliyində öz ifadəsini tapdı: "YAP-ın yaranması Azərbaycanın xilasına, sabitliyə və güclü dövlət quruculuğuna gedən yolun başlanğıcı oldu. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ başlandı. Dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi, beynəlxalq təcriddən çıxış, xarici investisiyaların cəlbi, ordu quruculuğunun əsaslarının yaradılması və milli inkişaf strategiyasının müəyyənləşdirilməsi sonrakı böyük nailiyyətlərin təməlini formalaşdırdı. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Nəticədə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, 2023-cü ilin sentyabrında isə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi".
YAP Hacıqabul rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı hər bir partiya üzvü üçün qarşıda yeni vəzifələr qoyur. "Azərbaycanın hərbi gücünün daha da artırılması, milli təhlükəsizliyin möhkəmləndirilməsi, ideoloji təhlükələrə qarşı mübarizə, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosesinin sürətləndirilməsi dövlətimizin əsas prioritetləri sırasındadır. Dünya siyasətində baş verən sürətli dəyişikliklər, müharibələrin və geosiyasi qarşıdurmaların genişlənməsi güclü dövlət və güclü ordu amilinin əhəmiyyətini daha da artırır. Eyni zamanda, Azərbaycanın reallıqları, tarixi Zəfərimiz, dövlətçilik ənənələrimiz və müstəqil siyasətimiz cəmiyyətə, xüsusilə gənc nəslə daha geniş şəkildə çatdırılmalıdır. Bu istiqamətdə YAP üzvlərinin üzərinə mühüm məsuliyyət düşür. Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi hədəflər Azərbaycanın yeni inkişaf mərhələsinin yol xəritəsidir. YAP üzvləri olaraq əminik ki, partiyamızın hər bir üzvü bu tarixi vəzifələrin yerinə yetirilməsində öz məsuliyyətini dərindən dərk edir. Biz bundan sonra da dövlətimizin ətrafında sıx birləşərək qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə layiqli töhfəmizi verəcəyik", - deyə İ.İbrahimov qeyd edib.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05

