Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tovuz rayon təşkilatında müşavirə keçirilib

YAP Tovuz rayon təşkilatında müşavirə keçirilib

08.10.2026 [16:36]

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının VIII Qurultayına Tovuz rayonundan seçilmiş nümayəndələr, veteranlar və partiya fəalları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

YAP Tovuz rayon təşkilatının inzibati binasında davam edən müşavirədə Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qurultay nümayəndəsi, Milli Məclisin deputatı Nizami Səfərov, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nümayəndələri, ƏPT sədrləri, partiya fəalları, partiya veteranları və rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirəni giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.

N.Pənahov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk YAP qurultayı olması VIII Qurultaya xüsusi tarixi əhəmiyyət qazandırır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı nitqində partiyanın keçdiyi inkişaf yolu, Azərbaycanın dövlətçilik tarixində oynadığı rol, eləcə də yeni mərhələdə qarşıda duran strateji vəzifələr ətraflı ifadə olunub.

Çıxışda Yeni Azərbaycan Partiyasının 1992-ci ildə ölkənin ağır ictimai-siyasi böhran yaşadığı bir dövrdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaradıldığı vurğulanıb. Bildirilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Bu siyasətin nəticəsində 2020-ci ildə tarixi Zəfər qazanılıb, 2023-cü ildə isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

N.Pənahov diqqətə çatdırıb ki, bu gün qarşıda Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanır. VIII Qurultay bu baxımdan həm partiyanın keçdiyi tarixi yolun qiymətləndirilməsi, həm də yeni inkişaf mərhələsində qarşıya qoyulan hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Müşavirədə çıxış edən Qurultay nümayəndəsi, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Nizami Səfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən danışıb. O, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq, partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Nizami Səfərov çıxışında VIII Qurultayda qəbul edilmiş YAP-ın yeni Nizamnaməsinin əsas müddəalarına toxunaraq bildirib ki, edilən dəyişikliklər müasir dövrün reallıqlarını nəzərə almaqla partiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsinə, idarəetmə mexanizmlərinin və məsuliyyət prinsiplərinin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edir. Deputat yeni mərhələdə partiya təşkilatlarının fəaliyyətinin qarşıya qoyulan vəzifələrə uyğun qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.

Çıxışçılar, Qurultay nümayəndələri, rayon Ağsaqqalar Şurasının sədri Məzahir Bayramov, ƏPT sədri Tovuz təhsil sektorunun müdiri Aysel Quliyeva, ƏPT sədri Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrə toxunaraq, müasir dövrdə milli və ideoloji təhlükəsizliyin qorunmasının, xüsusilə gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıblar.

Bildirilib ki, informasiya mühitində mövcud çağırışlar gənclərlə aparılan maarifləndirmə işinin daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyü, gənclərin savadlı, müasir dünyagörüşlü və vətənpərvər ruhda formalaşdırılması istiqamətində fəaliyyətin ardıcıl davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31