Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

09.10.2026 [15:08]

Rusiyanın Kaluqa vilayətində gecə ərzində infrastruktur obyektlərinə dron hücumu nəticəsində doqquz nəfər yaralanıb. Yaralılardan beşi xəstəxanaya yerləşdirilib və vəziyyətləri sabitdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa məlumat verib.

O, hücumların iki bələdiyyə rayonunda şəhər infrastrukturuna və fərdi evlərə ziyan vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiyanın bölgələri, eləcə də Qara və Azov dənizləri üzərində Ukraynanın 505 ədəd stasionar qanadlı dronunu ələ keçirib və məhv edib.

Tver vilayətində Redkino kəndindəki fabrikdə dron hücumunu dəf edərkən yanğın baş verib. Vilayətin qubernatoru Vitali Korolyovun sözlərinə görə, fabrik işçiləri sığınacaq üçün dərhal təxliyə edilib və xəsarət almayıblar. Yanğın söndürülüb.

Tambov vilayətinin Rasskazovo şəhərində dron düşməsi nəticəsində uşaq bağçası binasına ziyan dəyib. Vilayət rəhbəri Yevgeni Pervışovun sözlərinə görə, binanın pəncərələri sınıb, fasad və dam örtüyü zədələnib. Xəsarət alan olmayıb. Gecə ərzində bölgədə ümumilikdə 12 ədəd PUA məhv edilib.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31