"Yeni Azərbaycan" 1/4 finalda "Şərq+ 525-ci qəzet" ilə görüşəcək
07.07.2009 [10:29]
“Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyinə həsr edilən KİV komandaları arasında futzal üzrə “Xatirə Kuboku” turnirində 1/4 final mərhələsinin iştirakçıları bəlli oldu.
ötən şənbə və bazar günləri keçirilmiş 3-cü tur yarışları turnir cədvəlində komandaların vəziyyətinə çox da ciddi təsir etmədi. Belə ki, turnirin qrup favoritləri artıq ikinci turdan sonra, demək olar ki, bəlli idi. Son turun oyunları, sadəcə, qrup birincilərini müəyyən etmək baxımından əhəmiyyət daşıyırdı.
“A” yarımqrupundan növbəti mərhələyə vəsiqəni artıq “ciblərində” daşıyan “Yeni Azərbaycan” və AzTV-nin “Telefortuna” komandaları arasında üçüncü turun ilk oyunu maraqlı keçdi. Belə ki, turnirin bombardirləri məhz bu iki komandanın heyətində idi. “Yeni Azərbaycan”ın müdafiəçiləri ötən turda “Səs” komandasının qapısına 8 top vurmuş AzTV-nin forvardı Elnur Əşrəfoğlunu zərərsizləşdirməyə müvəffəq olsalar da, komandanın digər hücumçularını nəzərdən qaçırdılar. Nəticədə turnirdə ilk məğlubiyyətlə üzləşdilər. Görüş “Telefortuna”çıların xeyrinə başa çatdı -12:0. Lakin bu hesab “Yeni Azərbaycan”a qrup ikincisi kimi turnirin növbəti mərhələsinə adlamağa mane olmadı. Oyunda rəqib qapısına iki top vurmağa müvəffəq olan Elnur Əşrəfoğlu yenidən turnirin bombardirlər siyahısına başçılıq etmiş oldu- 15 top. Bu siyahıda növbəti yerlərdə “Zaman+çempion” komandasından Aydın Quliyev (12 top) və “Yeni Azərbaycan” qəzetindən Rami Vəlibəyov (11 top) qərarlaşıblar.
“B” yarımqrupunda “Lider TV” və “Zaman+çempion” komandalarının oyunu öz məhsuldarlığı ilə yadda qaldı. Belə ki, oyunda qapılara 19 top vuruldu. Bunlardan 11-i “qəzetçilərin”, qalanları isə “televiziyaçılar”ın qoruduğu qapı torunu silkələdi.
“D” yarımqrupunda mübarizə aparan “Xəzər TV” və “ATV” komandaları arasındakı görüş birincilərin tam üstünlüyü ilə başa çatıb- 16:3 . Beləliklə, “Xəzər TV” digər həmkarları - “AzTV” və “Lider TV” kimi , turnirin ilkin mərhələsinin oyunlarını məğlubiyyətsiz başa vuraraq 9 xalla öz yarımqruplarında lider mövqelərini qoruyub saxladılar.
Bazar günü keçirilən oyunlarda “SİA” və “AzərTAc” informasiya agentliklərinin komandaları arasında keçirilən oyun daha çox diqqət cəlb edib. Belə ki, birincilər əvvəlki iki turlardakı məğlubiyyətin əvəzini “AzərTAc”dan çıxıblar- 18:5. Lakin bu nəticə “SİA”ya növbəti tura adlamağa imkan verməyib. Eyni ssenari “Olaylar” və “525+Şərq” görüşündə təkrarlanıb. Hakimin final fiti oyunun 8:5 hesabı ilə “Olaylar”ın xeyrinə başa çatdığını bildirsə də, əvvəlki turlarda dalbadal uğradığı məğlubiyyət onları turnirin əsas mərhələsindən kənarda qoyub.
“Həftə içi” və “SƏS” qəzetlərinin komandalarının görüşündə birincilər meydana çıxmadığı üçün onlara texniki məğlubiyyət verilib - 0:5.
“ANS TV” və “İki sahil” komandaları arasında görüş isə texniki səbəbdən başqa vaxta keçirilib.
Beləliklə, 3 turda keçirilən ilkin dövrə yarışlardan sonra “Xatirə Kuboku” turnirinin baş mükafatı uğrunda yarışacaq komandaların adları bəlli olub.
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23

