Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri gücləndirilmiş rejimdə davam edir

Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri gücləndirilmiş rejimdə davam edir

03.06.2017 [10:17]

Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də Bakıda baş tutacaq Azərbaycan Qran-Prisinə hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirməsi ilə əlaqədar trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
AZƏRTAC BŞH-yə istinadla xəbər verir ki, Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-də səhər saat 05:00-dan iyunun 4-də gecə saatlarınadək bağlı olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti paytaxt sakinlərindən yarışa hazırlıq işlərinin görülməsi nəticəsində yaranmış müvəqqəti narahatlığa görə üzrə istəyir, mövsümün ən baxımlı Formula-1 yarışının reallaşmasında göstərdiyi böyük dəstəyə və anlayışa görə dərin minnətdarlığını bildirir.

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30