Foqts bizə lazımdırmı?
14.08.2009 [13:27]
Futbol üzrə Azərbaycan milli komandası 2010-cu il Dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirdi. Rəqibimiz 3 qat dünya və 3 qat Avropa çempionu olan Almaniya yığması idi. Görüş komandamızın hücumları ilə başladı və millimizin hücumçuları ilk 10 dəqiqə ərzində iki dəfə rəqibin müdafiə xəttini gərginlikdə saxladı. Lakin futbolçularımız yenə də son anda qapıya doğru dəqiq zərbə endirə bilmədilər. Millinin oyunlarını izləyəndə bu amil açıq-aşkar görünür ki, biz qol vura bilmirik. Almaniya kimi rəqiblə oyunda bir və ya iki real qol vəziyyəti yarada bilirsənsə, bundan maksimum istifadə etməlisən. Əks halda rəqib səni bağışlamaycaq. Belə də oldu, futbolçularımız yaratdıqları qol vəziyyətlərindən istifadə edə bilmədilər, əvəzində rəqib fərqləndi. Matçın 12-ci dəqiqəsində alman yarımmüdafiəçi Bastian Şvaynştayger müdafiəçimiz Samir Abbasovdan aldığı topu uzaq məsafədən Fərhad Vəliyevin qoruduğu qapıya yönəltdi-1:0.
Qonaq komanda növbəti qolunu isə ikinci hissənin əvvəllərində vurdu. Bu dəfə qapı dirəyindən dönən topu Miroslav Kloze başla qapıdan keçirdi. Yığmamızın baş məşqçisi Berti Foqts oyun ərzində cəmi 1 əvəzləmədən istifadə etdi. Almaniyalı mütəxəssis 74-cü dəqiqədə Vüqar Nadirovun əvəzinə Daniel Axtyamovu oyuna buraxdı. Oyun Almaniya yığmasının 2-0 hesablı qələbəsi ilə başa çatdı. Bununla da komandamızın seçmə mərhələdə ilk qol arzusunu reallaşdırmaq məqsədi güdən Foqts arzusuna çata bilmədi.
Yığmamızın hər iki cinahı aktiv təsir bağışlasa da, rəqibin cərimə meydançasına ötürülən topları tamamlayan tapılmadı. Onu da qeyd edək ki, komandamızın oyununda olan bu çatışmazlıq heç də yeni deyil, yığmamız həmişə irəli xəttdə istənilən səviyyədə oyun göstərə bilmir. İndiyə qədər yığma komandaya başçılıq etmiş məşqçilər həmişə məhz bu problemə görə tənqid olunub. Berti Foqts kimi məşhur alman məşqçi yığmaya baş məşqçi təyin olunarkən bu problemin həll olunacağını gözləyirdik. Doğrudur, biz Foqtsdan möcüzə gözləmirik və bilirik ki, bir-neçə aya yığmanın oyunundakı bu problemi həll etmək mümkün deyil. Amma heç olmasa yığmanın oyununda nə isə dəyişiklik olmalıdır axı.
Cənab Foqts, axı bahalı otellərdə qalmaq, yüksək əməkhaqqı və mükafat almaq, xarici ölkələrdə təlim-məşq toplanışı keçmək futbolumuzda olan problemlərin həlli demək deyil. Yığma sizə qədər necə oynayırdısa, indi yenə də elə oynayır. Bəs, sizin işin nəticəsi hanı? Axı sizi ona görə baş məşqçi təyin ediblər ki, milli komandamızın oyununda dönüş yaradasınız, stadiona gələn onminlərlə azarkeşi sevindirəsiniz. Amma siz elə etmisiniz ki, biz qələbəni yox, milli komandamızın nə vaxt qol vuracağı anı gözləyirik. Milli komanda rəsmi oyunlarla sonuncu qolunu nə vaxt vurub, cənab Foqts? Cari seçmə mərhələ başlayandan cəmi bir heç-heçəsi olan yığmamız 1 qol belə vurmadan qapısından 9 top buraxıb. Sizin işin keyfiyyət göstəricisi bax budur.
Sizin üçün asandır - yığma oynayır, uduzur, elə həmin axşam uçursunuz Almaniyaya. Burada yığmanın məğlubiyyətinin azarkeşlərə necə təsir etdiyi, mətbuatın nə yazdığı heç vecinizə də deyil. Əgər yığma belə oynamağa, “qol orucu”nu tutmağa davam edəcəksə, onda sizin baş məşqçi işləməyinizdənsə, qoy yerli məşqçilərin biri milli komandamıza başçılıq etsin. Heç olmasa bilərik ki, o, sizin kimi ayın çox hissəsini Almaniyada keçirməyəcək, burada olub komandalarımızın oyunlarını izləyəcək.
çox uzağa getmək lazım deyil, götürək elə Qurban Qurbanovu. Gənc məşqçidir, başçılıq etdiyi “Qarabağ” klubunun uğur qazanması üçün var gücünü sərf edir. Sizin sahib olduğunuz imkana, sizə yaradılan şəraitə, heç sizin qədər də təcrübəyə sahib deyil, amma əzmlə, səylə çalışaraq uğur qazana, milyonlarla azarkeşi sevindirə, Azərbaycan, Qarabağ adını Avropaya yaya bilir. Sizin milli komandaya futbolçu seçmək imkanınız çoxdur, bütün klubları “ələkdən” keçirib yaxşıları seçirsiniz. Amma “Qarabağ” hansı futbolçulara sahibdirsə, onlarla mübarizə aparır. Yerli futbolçuların səviyyəsindən şikayət edirsiniz. Yəqin ki, yerli klublarımızın oyunlarını izləmirsiniz deyə xəbəriniz yoxdur. Bilin ki, Avropa Liqasında qazandığı qələbələrlə azarkeşlərin artıq unutduğu qələbə sevincini yenidən onlara yaşadan “Qarabağ” klubu demək olar ki, bütünlüklə yerli futbolçulardan təşkil olunub. Komanda udanda da, uduzanda da mətbuatın qarşısına çıxa bilir. Siz neynirsiniz? Gah mətbuat konfransında bizləri ələ salırsınız, gah da oyundan əvvəl başçılıq etdiyiniz yığma komandamıza gülürsünüz. Rəhbərlik etdiyi komandaya yeni heç nə verə bilməyən, özü üçün pensiya pulu yığan məşqçidən yığmamız üçün xeyir gözləməyə dəyməz.
Hansı baş məşqçi oyundan qabaq bildirir ki, rəqib oyuna ciddi yanaşmasa, zarafat etsə biz sürpriz edə bilərik. Bu artıq oyundan əvvəl məğlubiyyətlə barışmaqdır. Bəs onda siz futbolçuları oyuna necə hazırlaşdırırsınız? Əgər oyundan qabaq siz belə açıqlama verirsinizsə, onda futbolçular nə etməlidirlər?
Komandamızın oyununda görünən hər hansı cüzi müsbət dəyişikliklər isə sadəcə müəyyən anlıq olur, sonra yenə də əvvəlki axara düşür. Almaniya yığma komandasına qarşı keçirilən oyunda futbolçularımızda bir qədər fəallıq müşahidə olunurdu. Amma təşkil etdiyimiz hücumlar rəqibin cərimə meydançasında başa çatırdı. Orada sadəcə topu qapıya vurmaq lazım idi. Bizim futbolçular bunu əvvəl də edə bilmirdilər. Siz bu problemi həll edə bilmirsiniz, bütün günahı da atırsınız klublarımızın üstünə. Biz komandamız məğlub olub deyə, kor-koranə sizi tənqid etmirik. Obyektivliyimizi qoruyaraq daim bu məsələyə ehtiyatlı yanaşmışıq, sizin bizləri ələ salmağınıza dözüm göstərmişik. Amma zaman keçdikcə milli komandamızın oyununda müsbət dəyişiklik görmədiyimiz, yığmanın qələbəsinə, qol vurmağına həsrət qaldığımız üçün bunları yazmağa məcburuq. Artıq sizin “növbəti oyunlarda qol vuracağıq” sözlərinizə inanmırıq. Bir vaxtlar başçılıq etdiyiniz Nigeriya və Şotlandiya futbolunun rəsmiləri hələ də sizin dövrünüzdəki işinizdən narazılıq edirlər. Nigeriyada hesab edirlər ki, onların yığma komandası heç vaxt sizin dövrünüzdəki kimi pis nəticə göstərməyib. Təəssüf ki, deyəsən biz də sizi elə belə xatırlayacağıq.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

