Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Bakı" və "Qarabağ"ın növbəti sınağı

"Bakı" və "Qarabağ"ın növbəti sınağı

20.08.2009 [00:54]

Bu gün Avropa Liqasının dördüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Qitə kubokları tarixində ilk dəfə qrup mərhələsinin bir addımlığında olan Azərbaycan təmsilçiləri də növbəti oyunlarını keçirəcəklər. İsveçrənin “Bazel” klubunu qəbul edəcək “Bakı” bu mərhələdə meydana çıxan ilk komandamız kimi tarixə düşəcək. Qarşılaşma bu gün saat 20:00-da başlayacaq. “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov bildirib ki, komandamız mərhələnin taleyini Bakıda həll etmək istəyir: “Əsas məqsədimiz “Bakı”dakı oyunda qələbə qazanmaqdır. “Levski” matçından nəticə çıxarmışıq. Hər şeyi cavab matçına saxlamaq istəmirik. Bəlkə səfər oyununda heç-heçə bizim işimizə yaramadı. “Bazel” “Levski”dən güclü rəqib deyil. “Bazel”in heyətində İsveçrə yığmasının üzvləri çıxış edir. Amma bu bizi qorxutmur”.
Paytaxtın eyniadlı təmsilçisindən 3 saat sonra meydana çıxacaq “Qarabağ” Hollandiyada “Tvente” klubu ilə qarşılaşacaq. Bu il rəqib meydanında keçirdiyi qarşılaşmalarda qol buraxmayan Qurban Qurbanovun yetirmələri bu seriyanın davamını gətirməyə çalışacaq. Rəşad Sadıqov, Emin İmaməliyev, Aftandil Hacıyevin zədəli, Elnur Allahverdiyevin isə cəzalı olmasına baxmayaraq, “Qarabağ” qələbə qazanmaq əzmindədir. “Tvente” - “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.

Paylaş:
Baxılıb: 1276 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30