Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şahmatçımız ikinci oldu

Şahmatçımız ikinci oldu

25.08.2009 [03:04]

Vyanada XVI “Vyana Beynəlxalq Açıq Şahmat Turniri” keçirilib. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət turnirdə ölkəmizi Azərbaycan şahmat məktəbinin yetirməsi, qrossmeyster Namiq Quliyev təmsil edib. 13 qrossmeyster və 22 beynəlxalq ustanın iştirak etdiyi bu mötəbər yarışda 375 şahmatçı gücünü sınayıb. Reytinqinin yüksəkliyinə görə (ELO 2555) turnirə 4-cü yerdə başlayan N.Quliyev ikinci turda uğursuzluğa düçar olsa da, sonrakı 6 turda bütün rəqiblərini məğlub edərək 7 xal toplayıb. Beləliklə, o, 8-ci turdan sonra yarış cədvəlində ikinci yerdə qərarlaşıb.
Sonuncu, 9-cu turda N.Quliyev yarış cədvəlinə 7,5 xalla başçılıq edən Misir şahmatçısı, beynəlxalq usta Sami Şoker ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb və həmyerlimiz 7,5 xalla ikinci yeri bölüşdürüb.
Namiq Quliyev festival çərçivəsində oynanılan blits turnirdə də uğurlu nəticə göstərərək, 11 görüşdən 9 xal yığıb. Avropa çempionu, hollandiyalı Sergey Tivyakovdan (9,5 xal) yarım xal geridə qalan N.Quliyev yarışda 2-ci yeri tutub.

Paylaş:
Baxılıb: 1374 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30