Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / 3 boksçumuz finalda

3 boksçumuz finalda

22.08.2009 [10:43]

Gənc boksçulardan ibarət Azərbaycan yığmasının 3 üzvü Polşanın Şetsin şəhərində təşkil olunan Avropa çempionatının finalına yüksəlib. Elvin Məmişzadə (48 kq), Elvin İsayev (54 kq) və Emin Əhmədov (69 kq) yarımfinalda uğurla çıxış edərək, həlledici görüşə vəsiqə qazanıb. Məmişzadə Xromi Duşanı (çexiya) 3:2, İsayev Kamil Laşziki (Polşa) 3:2, Əhmədov isə Aleksandr Qriqorçuku (Belarus) 6:3 hesabı ilə məğlub edib. Lakin 51 kq çəki dərəcəsində yarışan Elnur Zeynalov yarımfinalda rusiyalı Qriqori Nikolayçuka uduzaraq (5:7), bürünc medalla kifayətlənib. Daha 3 təmsilçimiz - Elvin Əliyev, Heybətulla Hacıəliyev və Murad Ağamalıyev hələlik yarımfinalda döyüşməyib.
İstənilən halda, milli komandamız Avropa çempionatında 7 medal qazanacaq. Bu medallardan yalnız birinin əyarı məlumdur. Digər 6 boksçumuzun fəxri kürsünün neçənci pilləsində yer alacağı isə bu gün bilinəcək.
Paylaş:
Baxılıb: 1456 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30