Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Torsten Fink: "Bakı"nın erkən qolu planlarımızı poza bilər

Torsten Fink: "Bakı"nın erkən qolu planlarımızı poza bilər

27.08.2009 [00:58]

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Bazel”lə qarşılaşacaq Azərbaycan çempionu “Bakı” İsveçrədə azarkeşlərin maraq dairəsinə düşüb. Komandamızın məskunlaşdığı “Hilton” otelinə gələn yerli azarkeşlər “Bakı”nı dəstəklədiklərini və Azərbaycan çempionunun qələbəsinə əmin olduqlarını bildiriblər.  Türkiyəli fanatların dediyinə görə, İsveçrədə yaşayan türk azarkeşlərin böyük bir qrupu “Bazel”lə keçiriləcək cavab oyununda “Bakı”ya azarkeşlik edəcək. Eyni zamanda, Fransada və İsveçdə yaşayan azərbaycanlı gənclər də oyunu izləmək üçün Bazelə gələcəklər. Oyunu stadionda canlı izləmək həvəsində olan bütün azarkeşlər klubumuz tərəfindən biletlər və klubun atributları ilə təmin olunacaqlar. “Bazel”in baş məşqçisi Torsten Fink yetirmələrinə arxayınlaşmamaq tapşırığını verdiyini deyib: “Düzdür, biz Bakıdakı ilk oyunda 3:1 hesabı ilə qalib gəlmişik. Bu isə bizim üçün yaxşı üstünlük sayılır. Amma öz komandama xüsusi tapşırıq vermişəm ki, qətiyyən arxayınlaşmaq olmaq. “Bakı” öz meydançasında məğlub olmasına baxmayaraq, yaxşı futbol oynadı və güclü komanda olduğunu sübut etdi. Evdə bizim buraxacağımız erkən qol planlarımızı poza bilər. Gərək buna yol verməyək”. Xatırladaq ki, “Bazel” - “Bakı” oyunu bu gün Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.

Paylaş:
Baxılıb: 1265 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30