Formula 1 mövsümünün onuncu mərhələsi Böyük Britaniyada start götürür
07.07.2023 [15:47]
Formula 1 çempionatının 2023-cü il mövsümünün onuncu mərhələsi - Böyük Britaniya Qran-Prisi start götürür. Yarışlar “Silverstoun” avtodromunda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hazırkı mövsümdə titul uğrunda mübarizədə “Red Bull” komandasından olan niderlandlı pilot Maks Ferstappenə üçqat dünya çempion adını qazanmağa mane olan intriqalar gözlənilmir. O, ötən doqquz yürüşdən yeddisində, o cümlədən son beş yürüşdə qalib gəlib və yaxın təqibçisi, öz komanda yoldaşı olan meksikalı Serxio Peresi 81 xal üstələyir. Niderlandlının ortağına isə şəxsi hesabda ikinci yeri qoruyub saxlamaq o qədər də asan olmayacaq: ispaniyalı Fernando Alonso (“Aston Martin”) və britaniyalı Luis Hamilton (“Mercedes”) yəqin ki, meksikalı ilə mübarizəyə çıxacaqlar.
“Silverstoun” trası Nortgemptonşirdə eyniadlı kəndin yaxınlığında yerləşir. İlk rəsmi Qran-Pri 1950-ci il mayın 13-də təşkil olunub və Formula 1 tarixində birinci olub. Avtodromun sxemi mövcud olduğu illər ərzində 9 dəfə dəyişib. Tras mürəkkəb, yüksəksürətli hesab edilir, sürətli döngələrə malikdir.
Böyük Britaniya Qran-Prisinin qaliblər üzrə rekordsmen Hamilton hesab olunur. O, ev mərhələsində 8 dəfə birinci finiş edib. Hazırkı pilotlardan Alonso (2006, 2011) və ispaniyalı Karlos Sayns da (oğul) (2022) qalib olublar. 2020-ci ildə 70 illik Qran-Prisi çərçivəsində Silverstounda Ferstappen qələbə qazanıb.
Bu gün sərbəst yürüşlərin birinci hissəsi başlayacaq. Şənbə günü üçüncü sərbəst praktika və təsnifat təşkil olunacaq. Mərhələnin proqramı bazar günü başa çatacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

