Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Dünya çempionatı: Azərbaycanın 7 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 7 güləşçisi mübarizəyə başlayır

30.11.2023 [11:19]

Bu gün - hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə Azərbaycanın daha 7 güləşçisi xalçaya çıxacaq.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan mundialda 5 kişi, 2 qadın güləşçimiz mübarizə aparacaq.

Kişilər arasında Ceyhun Allahverdiyev (61 kiloqram), Orxan Abbasov (79 kiloqram), Fərid Cabbarov (86 kiloqram), Zəfər Əliyev (97 kiloqram) və Rahid Həmidli (125 kiloqram) qüvvələrini sınayacaqlar.

Qadınların mübarizəsində isə Şirinova Gültəkin (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, turnirin ilk günü Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar.

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30