“Aİ-95” ucuzlaşdı, avtomobil parkı tədricən “Aİ-92”-dən imtina edəcək
16.07.2024 [10:40]
Məlum olduğu kimi iyulun 15-dən etibarən “Avro-5” keyfiyyət göstəricilərinə uyğun daxili istehsal edilən “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiyməti 0,40 manat ucuzlaşaraq 1,60 manata endirilib. Yeni qiymət tarifinin tətbiqində əsas məqsəd “Avro-5” standartlarına keçidin təmin edilməsi və buna uyğun olaraq maşın parkının da bu prosesə hazırlanmasıdır. Bu baxımdam “A?-95”-in ucuzlaşması təşviqedici rol oynamaqla nəzərdə tutulan hədəflərə çatmaqda ilk addım kimi səmərəverici rol oynaya bilər, eləcə də növbəti mərhələlərdə aşağı oktanlı yanacaq sərfiyyatından kənarlaşmaların minimallaşdırılmasına yol açmaqla avtomobil bazarında müsbət vərdiş yaradacaq.
“Aİ-95” oktanlı yanacağın bundan sonra birbaşa ölkəmizin yerli sənaye müəssisəsinində istehsalının təmin olunması növbəti mərhələdə bu yanacağın istehsal həcminin də yüksəlməsinə və qiymətlərin hətta bir qədər də ucuzlaşmasına səbəb olacağı gözləniləndir. Belə ki, Azərbaycanda “Aİ-95” və daha yüksək oktanlı premium yanacaq emalının əsas güc bloku olan Heydər
Əliyev adına Neft Emalı Zavodu (NEZ) artıq tam gücü ilə bu yanacağın istehsal və emalını həyata keçirmək iqtidarındadır. Zavod bir neçə il əvvəl təmirə dayandığından həmin yanacaq növü xarici ölkələrdən idxal olunurdu. 10 il idi ki, həmin marka yanacağa olan tələbatı 100 faiz idxal hesabına təmin edilirdi. Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistan ildə təxminən 150 min ton “Aİ-95” markalı benzin satırdı. Yol-nəqliyyat, daşınma, logistika və sair xərclər, eləcə də dünya bazarında həmin növ benzinin qiymət dəyişmələri ölkəmizdə gətirilən yanacağın bahalaşmasına səbəb olurdu. Ötən illərdə bir neçə dəfə qiymət artımları sayəsində 2 manata çatmışdı.
NEZ-də əsaslı şəkildə yenidən qurma və istehsal gücünün artırılması, sənayenin yüksək keyfiyyətli yanacaqla təmin edilməsi məqsədilə 2014-cü ildən başlanmış əsaslı təmir işləri isə beynəlxalq mütəxəssislərin apardığı qiymətləndirmələrdən sonra əlavə olaraq tamamilə modernizasiyaya açıldı və proses daha da uzandı. NEZ-in keçən əsrin 70-80-cı illərində inşa olunmuş bir neçə əsas qurğunun, o cümlədən neftin ilkin emalı qurğusunun istismar müddətinin sona yaxınlaşması nəzərə alınaraq həmin qurğuların tamamilə yeniləri ilə əvəz edilməsi tövsiyə olundu.
Beləliklə, ötən dövrdə NEZ-də yenidənqurma layihəsi çərçivəsində əhəmiyyətli texnoloji işlər görüldü, istehsal gücünün artırılmasını təmin edəcək dayanıqlı infrastrukturlar quruldu, yeni istehsal qurğuları inşa edildi və zavoddakı qurğular yeni qurğularla əvəz edildi. Əsaslı təmir və yenidən qurma işlərinin 2022-ci ilə başa çatması və NEZ-də “Avro-5” tələblərinə cavab verən yanacağın istehsalına başlanılması nəzərdə tutulsa da, COVID-19 pandemiyası layihənin bir neçə il gecikməsinə səbəb oldu.
Artıq bir neçə aydır ki, “Aİ-95” markalı avtomobil benzini istehsalı tamamilə NEZ-də emal edilir ki, bu da yanacağın ucuzlaşmasına əlverişli zəmin yaradır. Beləliklə, respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin yerli istehsal hesabına təmin olunması yanacaq bazarında uculaşmalara gətirib çıxarır və bu prosesin növbəti mərhələdə də baş verəcəyi istisna deyil.
“Aİ-95” premium markalı və “Aİ-98” super markalı benzindən sürücülərin az qismi istifadə etsə də, 40 qəpik ucuşlaşmadan sonra bu markalı yanacağa da keçid kifayət qədər artacaq. Əvvəla, “Aİ-95” markalı benzinin qiymətinin ucuzlaşmasından sonra “Aİ-92” markalı benzinlə aradakı qiyməti əmsalı azalacaq ki, bu fərq nəticəsində avtomobil sahiblərinin bir qismi birinci oktanlı yanacağa keçməyə çalışaq. “Aİ-95” markalı benzinin istifadə olunmasına maraq və tələbat artdıqca, müəyyən müddətdən sonra “Aİ-92” markasının sıradan çıxması baş verəcək, Bu stimul sayəsində ölkənin avtomobil parkının tədricən daha keyfiyyətli və ekoloji təmiz yanacağa keçidi sürətlənənəcək.
Məlumdur ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir. Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. Əksər ölkələrdə artıq “Aİ-92” markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun. Ölkəmizdə benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, ölkələr onların istifadəsinin azaldılmasına doğru müxtəlif vasitələrdən istifadə edir ki, nəticədə nəqliyyat sektorunda keyfiyyətli yanacağa doğru motivasiya da artır. Bu baxımdan “Avro-5”standartlara uyğun “Aİ-95” və “Aİ-98”-ə keçidi stimullaşdıran tarif siyasəti optimallaşmada xüsusi əhəmiyyət kəsb edəcək.
Beləliklə, ölkəmizin yanacaq sektorunun qarşıya qoyulmuş əsas hədəfə - “Avro-5” standartlarına keçidinin tam bərqərar olunması da öz həllini tapacaq və nəqliyyat sektorunun təmiz ekoloji mühit standartlarına keçidi də yekunlaşmış olacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10

