“Yaşıl enerji” istehsalı 2 dəfə artıb
18.07.2024 [10:30]
Azərbaycanda “yaşıl enerji” istehsalı 2024-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq rekord səviyyəyə yüsəlib. Ötən ilin bu dövründə bərpa olunan enerji istehsalı 1 milyon kVt.st təşkil edibsə, artıq bu rəqəm 2 milyon kVt·stı ötüb. “Yaşıl enerji”nin payında günəş enerjisi istehsalı daha çox artıb, bu sahədə istehsal 9 dəfə böyüyərək 32,3 mln. kVt·st-dan 286,6 mln. kVt·st-a yüksəlib. Digər enerjinin isə 1581,1 mln. kVt·st SES-lərin, 135 mln. kVt·st Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun payına düşüb. Beləliklə, “yaşıl enerji” mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon kVt·st artıb.
Cari ilin birinci yarısında ölkə üzrə elektrik enerjisinin istehsalı 13,5 milyon kVt·st təşkil edib ki, ümumi istehsalda “yaşıl enerji”nin xüsusi çəkisi 15,5 faizə bərabərdir. Bu, son bir ildə bərpa olunan enerjinin payının 8 faizə yaxın artımı deməkdir. Bu statistika artıq ölkəmizdə bərpa olunan mənbələrdən enerji istehsalının artırılması istiqamətində yürüdülən siyasətin öz mühüm bəhrəsini verdiyini təsdiqləyir.
Qeyd edək ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cü il üzrə hesabatında qeyd olunur ki, Azərbaycan 2014-2023-cü illər ərzində bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb. Xüsusilə də hidroenerji ehtiyatlarının istehsalında böyük istehsal göstəriciləri qeydə alınıb, 2023-cü ildə hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatdırılıb. Həmin dövr ərzində külək enerjisinin gücü 2014-cü ildə mövcud olan 3 meqavatdan 67 meqavata, Günəş enerjisi isə 2 meqavatdan 282 meqavata yüksəlib. Bərpa olunan enerji mənbələrinin strukturunda su elektrik stansiyalarının payı isə 15,2 faizdən 20,3 faizə qədər artıbdır.
Digər enerji agentliklərinin qiymətləndirmələrinə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Dövlət başçısının vurğuladığı kimi bərpa olunan enerji mənbələrinin ən zəngin ünvanlarından biri azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsidir. Bu bölgədə su elektrik enerjisi baxımından nəhəng potensiala malikdir. Ortamüddətli inkişaf konsepsiyasına əsasən, bu ərazilər Yaşıl Enerji Zonas? elan edilib və Yaponiyanın TEPSCO şirkəti müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdrılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.
Respublikamızın digər bölgələrində də Günəş və külək enerjisi ehtiyatlarının həcmi ümidvericidir. Quruda külək və günəş enerjisi üzrə resursların həcminin təxminən 40 QVt olduğu ehtimal edilir. Xəzər dənizində qiymətləndirilən 157 QVt gücündə külək və Günəş enerjisinin Azərbaycana aid payı isə bu ehtiyatların ən azı 30 faizinə bərabərdir.
Beləliklə, həmin resursların istehsalı və nəqli üçün ölkəmizin maliyyə imkanları ilə yanaşı, xarici sərmayələrə ehtiyac vardır ki, bu məqsədlə dünyanın nüfuzlu şirkətləri ilə bərpa olunan enerji istehsalına dair sazişlər imzalanıb. Son 2 ildə “Masdar”, “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,”Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə imzalanmış müqavilələrə əsasən, “yaşlı enerji” ilə bağlı əməkdaşlığa başlanılıb. Bu əməkdaşlıq sazişlərinin icrası çərçivəsində inşa olunan bərpa olunan enerjinin illik istehsalı yaxın 2 ildə 2 QVt-a, 5-6 il ərzində isə 4-5 QVt-a çatmış olacaq.
Əldə edilən “yaşıl enerji”nin böyük bir hissəsi daxili ehtiyacların ödənilməsinə yönəldildikdən sonra, qalan hissəsi xaricə ixrac olunacaq. Bu məqsədlə hazırda “Xəzər-Qara dəniz-Avropa” “yaşıl dəhliz”i yaradılır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

