Dollar satışına məhdudiyyətlər qoyulubmu?
31.08.2024 [08:28]
Azərbaycanda dollar resursları valyuta bazarında tarazlığı tam dəstəkləyir
Azərbaycan bankları tərəfindən xarici valyuta mübadiləsində, xüsusilə də dollar satışında məhdudiyyətlərin olmasına dair xəbərlər geniş yer almaqdadır. Yayılan məluamtlarda iddia edilir ki, banklar dollara artan kəskin tələbin qarşısında valyuta qıtlığı ilə üzləşməkdən ehtiyat edərək satışı məhdudlaşdırıb. Məsələ ilə bağlı Mərkəzi Bank (MB) açıqlama ilə çıxış edərək insanlar arasında ajiotaja səbəb olan bu cür məlumatların heç cür əsasının olmadığını, bank mübadilə məntəqələrində valyuta alışı və satışının əvvəlki kimi öz ritmi ilə davam etdiyini bildirib.
Mərkəzi Bankın maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev mediaya müsahibəsində qeyd edib ki, valyuta hərraclarında dollar satışında heç bir problem yoxdur və dollara olan tələb tam təmin edilir. Dövlət Neft Fondu (DNF) tərəfindən qrafikə uyğun olaraq xarici valyutanın satışı üzrə hərracların keçirilməsi davam edir. 2024-cü ilin ötən dövründə keçirilmiş 61 hərracda DNF tərəfindən 4,7 milyard dollar satılıb. Əlavə olaraq, 2024-cü ilin ötən dövründə banklararası bazarın həcmi 614 milyon dollar təşkil edib. Eyni zamanda, ötən dövr ərzində Mərkəzi Bank tərəfindən təşkil edilən bütün valyuta hərraclarında tələb təmin edilib.
Xarici valyutaya tələbin artmasına gəlincə, burada başlıca səbəb qeyri-neft-qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyas alan tikinti və bərpa işləri, eləcə də çoxsaylı infrastruktur və iqtisadi-sosial layihələrin fasiləsiz icrası böyükhəcmlərdə sərmayələr hesabına həyata keçirilir. Bunun nəticəsidir ki, 2024-cü ilin ötən 7 ayında təkcə daxili mənbələrdən iqtisadiyyata yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıb, eləcə də dövlət büdcəsinin xərcləri xeyli çoxalıb. Həmin xərclərin böyük bir hissəsi isə azad edilmiş ərazilərdə aparılan tikinti və yenidənqurma işlərinə yönəldilir. Bu ərazilərdə istifadə edəilən mal-material və avadanlıqların böyük əksəriyyəti isə xarici ölkələrdən idxal olunur ki, həmin malların alışı üçün yüz milyonlarla dollar xərclənir. Sözsüz ki, bu amil dollara tələbatı da artırır. Başqa bir iqtisadi faktor hökumətin qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə buraxdığı xarici bazar təyinatlı istiqrazların, o cümlədən avrobondun alışının həyata keçirilməsi ilə bağlı valyuta tələbinin artmasıdır. Belə ki, cari ilin ötən dövründə avrobondların mübadiləsinə təxminən 900 milyon dollar yönəldilib ki, bu da valyuta bazarında əlavə tələb yükü yaradıb.
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanda dollara olan tələbi ödəmək üçün kifayət qədər valyuta resursları mövcuddur. Dollar tələbatını qarşılayan Mərkəzi Bank və Dövlət Neft Fondunun ehtiyat bazası tələbi 100 faiz qarşılayır və hətta aylıq izafi dollar qalığı da yaranır. Dollar hərraclarında daha aktiv satıcı qismində iştirak edən Neft Fondu hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına 600-700 milyon dollar çıxarmaq likvidliyinə malikdir. DNF 2024-cü ilin yanvar-iyul aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,7 milyard dollar gəlir əldə edib, “Şahdəniz” yatağından isə qaz və kondensat satışı üzrə təxminən 400 milyon dollar qazanıb. Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin həcmi isə 7 ayda təxminən 2 milyard dollar təşkil edib. Beləliklə, DNF 7 ayda cəmi bütün gəlir mənbələri üzrə təxminən 6,1 milyard dollar əldə edib. 2024-cü ilin 7 ayında isə keçirilmiş 61 hərracda DNF tərəfindən 4,7 milyard dollar satılıb. Bir ayda təxminən 650-700 milyon dollar satışı təmin edilib. Yəni Neft Fondunun gəlirlərinin 78 faizi ölkəmizdə dollara olan tələbatın 100 faiz ödənilməsinə kifayət edib. Qalan 22 faiz və yaxud 1,4 milyard dollar isə Fondun ehtiyatlarının artımına yönəlib. Bu o demıəkdir ki, ölkədə dollar tələbatı ilə bağlı heç bir sıxıntı, çatışmazlıq yoxdur, Neft Fondu tələb hətta ayda 800-900 milyon dollara yüksəlsə belə, bütün ehtiyacları qarşılamağa hazırdır.
Bundan başqa, dollara olan tələbi qarşılamaq üçün Mərkəzi Bankın da dollar ehtiyatları mövcuddur. Ancaq DNF-nin valyuta satışları kifayət etdiyindən, Mərkəzi Bankın öz valyuta rezervlərindən istifadə etməsinə ehtiyac qalmır. Yəni indiki halda Azərbaycanda dollarr qıtlığı, həraclarda dollar tələbini qarşılamaq üçün rezervlər çatışmazlığı təhlükəsi yoxdur. Ümumilikdə, hazırda Dövlət Neft Fondu və Mərkəzi Bankla birlikdə Azərbaycanın 70 milyard dollara yaxın strateji rezervləri mövcuddur ki, bu ehtiyatlar manat üçün təhlükəsizlik yastığı rolunu oynayır.
Bununla yanaşı, Azərbaycanın tədiyyə balansı profisiti yüksək olaraq qalır ki, bu da dollar üçün heç bir sıxıntı olmadığına dəlalət edir. 2024-cü ilin yanavr-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 26,9 milyard dollar təşkil edib ki, onun 16,1 milyard dolları ixrac, 10,7 milyard dolları idxaldır. Xarici ticarətdə 5,3 milyard dollar müsbət saldo qeydə alınıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 5,3 milyard dollar çoxdur. Bu amil də ölkədə dollar ehtiyatının olmasından xəbər verir. Eləcə də bankların dollar likvidliyi hədsiz dərcədə son illərdə böyüyüb. Bu amil də təsdiqləyir ki, ölkəmizin valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir və tədiyə balansının mövcud vəziyyəti dollar-manat münasibətlərində sabitliyi, valyuta tələbinin artıqlaması ilə ödənilməsini nizamlayır.
Beləliklə, bütün ssenarilər və parametrlərdən göründüyü kimi fiskal məqsədlərlə xərclənən neft gəlirləri valyuta bazarında tarazlığı dəstəkləyir. Bu isə onu göstərir ki, Azərbaycanda dollara olan tələbi ödəyəcək güclü resurslar mövcuddur və bank mübadilə məntəqələrinin dollar satışını məhdudlaşdırmasına səbəb olacaq heç bir əsas yoxdur.
ELBRUS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

