Neftlə bağlı pessimist proqnozlar“Qara qızıl”ın qiyməti 15 faizdən çox ucuzlaşıb
11.09.2024 [09:37]
Son günlər dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Avqust ayının ikinci yarısında və sentyabr ayının ilk həftəsində qlobal birjalarda neftin satış qiymətlərində enmələr müşahidə edilib. Sentyabrın ilk ongünlüyündə neftin dünya bazarlarında orta satış qiyməti 70-79 dollar təşkil edib. Ümumilikdə, son 20 gündə qiymətlər 15 faiz ucuzlaşaraq orta qiymət üzrə 75 dollara düşüb. Sentyabrın 8-də London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında “Brent” neftinin 1 barelinin qiyməti 72 dollar təşkil edib. Hazırda dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 78-79 dollara bərabərdir.
Rusiya amili, ABŞ-dakı seçkiöncəsi qeyri-müəyyənliklər...
Neftin qiymətlərində baş verən dalğalanmalar neft satışı ilə məşğul olan treyderlərdə də panika yaratmaqda və onların pessimist proqnozlar irəli sürməsinə səbəb olmaqdadır. “Trafigura” treyderinin neft departamentinin rəhbəri Ben Lukok deyib ki, “Brent” neftinin qiyməti yaxın vaxtlarda bir barel üçün 70 dollardan da aşağı düşə bilər. “Gunvor” treyderinin rəhbəri Torbjorn Tornqvist də mənfi proqnozla çıxış edib. “Energy Pathways” şirkətindən Jeff Curry müəyyən qədər optimist fikirdədir. O, Çin iqtisadiyyatındakı problemlərin, eləcə də ABŞ-da seçkiöncəsi hökumətin iqtisadi qərarları və yaranmış qeyri-müəyyənliklərin neftin qiymətlərinə təsir etdiyini, ancaq bu prosesin müvəqqəti xarakter daşıdığını vurğulayıb.
Qeyd edək ki, neft qiymətləri iyulun ortalarında qlobal tələb və OPEC+ ölkələrinin təklifinin artması ilə bağlı narahatlıqlar səbəbindən düşməyə başlayıb, xam neftin qiymətinin aşağı düşməsində Rusiyanın dünya istehlakçılarına daha ucuz - 50-60 dollardan neft tədarükləri həyata keçirməsi, eləcə də ABŞ-nin qlobal bazara daha çox karbohidrogen ehtiyatları nəql etməsi də təsir göstərib. Baş verənləri nəzərə alaraq “OPEC” ölkələri neftin hasilatını artırmaq niyyətində deyil və neftin indiki sabit hasilatın davam etdirilməsində qərarlıdır. “OPEC”lə yanaşı, digər neft tədarükçüləri alyansı da hasilatın artırılmasının əleyhinədir. Bir neçə gün əvvəl “OPEC+” ölkələri hasilatın gündəlik 2,2 milyon barel səviyyəsində qalmasını dəstəkləyən qərar qəbul edib. 2024-cü ilin sonuna qədər qüvvədə olacaq qərarın bazardakı proseslərdən asılı olaraq yenidən uzadılması istisna deyil.
Enerji agentliklərinin proqnozları necədir?
Beynəlxalq “Rystad Energy” analitikləri hesab edirlər ki, neft hasilatının və tədarükünün indiki mövcud şəraitində neft qiymətləri 2024-cü ildə bir barel üçün 80 dollar ətrafında qalacaq. ABŞ-ın Enerji Agentliyi də 2024-cü il üçün “Brent” markalı neftin qiymət proqnozunun 78-82 dollar olacağını təxmin edir. “Morgan Stanley” agentliyi isə “Brent” markalı neftin qiyməti ilə proqnoz?nu dördüncü rübdə orta hesabla 75-77 dollar civarında qiymətləndirir. “Goldman Sachs Group Inc” və “Citigroup Inc” isə neft bazarında 2024-cü ildə qiymətlərin yekun orta qiymətinin 70-76 dollar olacağını bildirir.
Beynəlxalq agentliklərin və enerji mütəxəssislərinin qənaətinə görə, neftin ucuzlaşması və 60 dollardan aşağı düşməsi ehtimalı inandırıcı görünmür. Onlar hesab edirlər ki, hazırda dünyada və regionda baş verən geosiaysi amillər, o cümlədən ABŞ-da prezident seçkiləri ərəfəsində siyasi hərarətin artması, Bayden hökumətinin investisiya və məşğulluq proqramlarındakı problemlər neftin qiymətinə təsir edir. Baş verənləri izləyən qlobal investorlar ABŞ-nin əsas makroiqtisadi göstəriciləri, xüsusilə də məşğulluq məlumatlarını diqqətlə izləyərək ehtiyatlı davranırlar. Seçkilərdən sonra bazardakı gözləmələr də aradan qalxacaq və investorların öz qərarlarını verəcəyi şübhəsizdir. Xüsusilə də güman olunur ki, Trampın seçkidə qalib gələcəyi halda Amerikada iqtisadi aktivlik sürətlənəcək, məşğulluq proqramlarına sərmayələr artacaq və neft bazarında da canlanma müşahidə ediləcək. Digər tərəfdən, ABŞ-də ehtiyatların azalması dünya neft bazarında əvvəlki həcmlərdə yanacaq ixracını təmin etməyə imkan vermir, hazırda bu ölkə qlobal tədarükü maksimum səviyyədə çatdırmağa çalışsa da, ehtiyat rezervlərin davamlılığının rentabelli olacağı sual altındadır. Ona görə də, bu amil də neftin yenidən artacağına dair ehtimalları möhkəmləndirir.
Neftin ucuzlaşması Azərbaycana necə təsir göstərə bilər?
Hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferti həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, neftin qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir. “Brent” markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da, növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər. Amma Azərbaycanda, hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyini gözləmək də düzgün olmazdı. Həmçinin Azərbaycanda dollara olan tələb kritik həddə deyil, hətta Neft Fondunun və Mərkəzi Bankın gündəlik hərraca çıxardığı dollar kütləsi tələbi tam ödəyir. Ona görə də manata kəskin təzyiqlərin olacağı gözlənilmir.
Ümumiyyətlə, son 2 ildə Azərbaycanda neftdən əldə edilən gəlirlərin həcmi tədricən azalmağa doğru gedir. Bu proses 2024-cü ilin yanvar- iyul aylarında da özünü göstərib. Bu dövrdə Azərbaycandan xarici ölkələrə 9 milyard 226 milyon dollar dəyərində 14 milyon 696 min ton neft ixrac olunub. Neft ixracından əldə edilmiş ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 218 milyon 864 dollar və ya 2,3 faiz, miqdar ifadəsilə 844,2 min ton və ya 5,4 faiz aşağı düşüb. Xatırladaq ki, 2023-cü ilin 7 ayında Azərbaycandan 9 milyard 445 milyon dollar dəyərində 15 milyon 540 min ton neft ixrac olunmuşdu.
Ümumiyyətlə, 2024-cü ildən sonrakı dövrlərdə büdcədə neft gəlirlərinin azalması istisna deyil, ancaq digər mənbələr hesabına neft boşluğunu qeyri-neft sahələri dolduracaq. Bu tendensiya ümumi daxili məhsulun (ÜDM) strukturunda da neft-qaz sektorunun payının azalmasına səbəb olacaq. Belə ki, ÜDM-də qeyri-neft gəlirlərinin 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7 faizə çatacağı proqnozlaşdırılır. Neft-qaz ÜDM-in payı isə cəmi 21,3 faiz təşkil edəcək.
Neft-qaz gəlirlərinin yerini doldura biləcək mənbələr varmı?
İqtisadi resursların təhlili göstərir ki, neft gəlirlərini əvəz edəcək güclü potensiallar mövcuddur. Kənd təsərrüfatı, ticarət, xidmət, turizm, tikinti sektorlarında kifayət qədər yığım mənbələri var ki, hələ də dövriyyədən kənarda qalmaqdadır. Bu sahələrdə yığımları artırmaqla ən azı 4-5 milyard yığım mənbələrini təmin etmək mümkündür. Bundan başqa, əsas mənbələrdən biri kimi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da mühüm rol oynaya bilər. Bu bölgə sənaye və kənd təsərrüfatı üçün dayanıqlı imkanlara malikdir. Vaxtilə bu bölgə ölkə üzrə kənd təsərrüfatı məhsulunun 20 faizini təmin edib. Bu, indiki dəyərlə 2 milyard manat həcmində ÜDM deməkdir. Bundan başqa, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları qızıl, sənaye, dağ turizmi, ekoturizm, müalicəvi turizm və mədəni turizm üçün güclü potensiala malikdir ki, bu da əlavə olaraq 3-4 milyard dollar həcmində ÜDM deməkdir. Yəni neft-qaz gəlirlərinin yerini dolduracaq dayanıqlı və güclü potensiallar mövcuddur ki, onları iqtisadi dövriyyəyə cəlb etmək lazımdır. Hökumət ortamüddətli dövrdə həmin resursları qeyri-neft sektorunun əsas aparıcı gəlir mənbələrindən hesab edir və bu məqsədlə -həmin iqtisadi gücün hərəkətə gətirilməsi üçün yol xəritəsi hazırlanır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

