Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Xarici tərəfdaşlarımızın sayı artır

Xarici tərəfdaşlarımızın sayı artır

14.09.2024 [11:59]

Ticarətdə 5 milyard dollardan çox müsbət saldo qeydə alınıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 26,9 milyard dollar təşkil edib ki, onun 16,1 milyard dolları ixrac, 10,7 milyard dolları idxaldır. Xarici ticarətdə 5,3 milyard dollar müsbət saldo qeydə alınıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 5,3 milyard dollar çoxdur.  Bu dövr ərzində Azərbaycanın ticarət tərəfdaşlarının sayı 169-a çatıb, xarici ticar?t iştirakçılarının sayı isə 45,7 mini ötüb.

Xarici ticarət dövriyyəsinin 23,1 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,6 faizi Rusiya, 7,3 faizi Çin, 4,3 faizi İsrail, 3,2 faizi Almaniya, 2,7 faizi ABŞ, 2,6 faizi Hindistan, 2,4 faizi Çexiya, 2,2 faizi Avstraliya, hər biri 2,0 faiz olmaqla Xorvatiya və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Portuqaliya və Yunanıstan, hər biri 1,3 faiz olmaqla Gürcüstan, Bolqarıstan və İran, 1,2 faizi Rumıniya, hər biri 1 faiz olmaqla Ukrayna, Tailand və Türkmənistan, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

115 ölkəyə məhsul ixrac edi

Qeyd edilən dövrdə Azərbaycan 115 ölkəyə məhsul ixrac edib. İxracın 36,8 faizini İtaliyaya, 14,5 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 4,1 faizini Rusiyaya, 3,7 faizini Çexiyaya, 3,6 faizini Hindistana, 3,4 faizini Xorvatiyaya, hər biri 2,5 faiz olmaqla Portuqaliya və Birləşmiş Krallığa, 2,4 faizini Almaniyaya, 2,3 faizini Yunanıstana, 2,0 faizini Bolqarıstana, 1,9 faizini Gürcüstana, 1,8 faizini Rumıniyaya, 1,5 faizini Tailanda, 1,0 faizini Tunisə, hər biri 0,8 faiz olmaqla Niderland və İndoneziyaya, hər biri 0,7 faiz olmaqla Ukrayna, İspaniya və Serbiyaya, 0,6 faizini ABŞ-a, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 

İxracda sözsüz ki, əsas məhsullar neft-qaz və ondan hazırlanmış məhsullar üstünlük təşkil edib. Ancaq buna baxmayaraq, ölkədə neftin ixracında azalma, qeyri-neftin ixracında artımlar müşahidə edilməkdədir. Belə ki, cari ilin yanvar-avqust ayları ərzində ölkədə neft hasilatı 40 faiz azalaraq təxminən 19,3 milyon ton təşkil edib ki, məhsulun 16 milyon tonu xaricə nəql olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azdır.

Ümumilikdə, ötən dövrdə Azərbaycanın ixracında neft məhsullarının həcmi 14 milyon dollar, qeyri-neft məhsullarının ixracı isə 2 milyon dollara yaxın olub. Neft mallarının ixracı azalsa da, qeyri-neft mallarının ixrac dəyəri artır. İxracda əsas mallar tərəvəz və meyvə məhsulları üstünlük təşkil edir. Xüsusilə də pambıq və pambıq lifi, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, kimyəvi mallar və sənaye texnologiyaları, elektrik enerjisi, kosmik sənaye məhsullarının ixracı davamlı artmaqdadır. Ötən 7 ayda “Azərkosmos” tərəfindən dünyanın 50-yə yaxın ölkəsinə təxminən 10 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib ki, bu da ixracın şaxələnməsinin nümunəsidir. .

İdxalın dəyəri niyə artır?

Məsələ ondadır ki, ötən 7 ayda Azərbaycanın idxalı da əhəmiyyətli dərəcədə artıb. İdxalın artmasına səbəb tikinti və yenidənqurma işlərinin sürətlənməsidir ki, bu amil xarici ölkələrdən müasir avadanlıq və texnologiyaların gətirilməsini labüd edir. Bu sahəyə yönələn investisiyaların həcmi də yüksəlir. 2024-cü ilin ötən 7 ayında əsas kapitala 11,2 milyard manat investisiya yönəldilib ki, onun 8 milyard manatı və ya 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bunun nəticəsidir ki, təkcə daxili mənbələrdən iqtisadiyyata yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11  faiz artıb, eləcə də dövlət büdcəsinin xərcləri xeyli çoxalıb. Həmin xərclərin böyük bir hissəsi isə azad edilmiş ərazilərdə aparılan tikinti və yenidənqurma işlərinə yönəldilir. Bu ərazilərdə istifadə edəilən mal-material və avadanlıqların böyük əksəriyyəti isə xarici ölkələrdən idxal olunur ki, həmin malların alışı üçün yüz milyonlarla dollar xərclənir. Bu isə nəticə etibarilə idxalın xarici valyutada olan dəyərini də böyüdür. “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası”nın məlumatına görə, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması tikinti materiallarına tələbatın yüksəlməsi ilə nəticələnib və hazırda digər regionlarda, həmçinin paytaxt Bakıda olan qurğular və texnikalar azad edilmiş ərazilərə daşınır. Üstəlik, həmin ərazilərdəki işlər üçün yeni texnikalar alınır. Təbii ki, bunlar tikintinin daha da geniş vüsət alması ilə nəticələnir. Bu da tikinti materiallarının qiymətlərinə təsir göstərir və idxalın dəyərini artırır.

Azərbaycanın mal və avadanlıqlar idxal etdiyi əsas ölkə Çindir, ümumi idxalın 18,2 faizi bu ölkənin payına düşür. Rusiya 17,8 faizlə ikinci, Türkiyə 12 faizlə üçüncü yerdə qərarlaşır. Sonarkı yerlərdə ABŞ, Avstraliya, Almaniya, İran və İtaliya dayanır.

Xarici ticarətin strateji hədəfi - qeyri-neft ixracının təşviqi...

Azərbaycanın son illərdə xarici ticarət strategiyasında ixracın qeyri-neft məhsullarının hesabına artırılması başlıca yer tutur və yürüdülən siyasət və təşviqedici tədbirlər də buna xidmət erdir. Son illərdə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda istehsalın artması milli ixracın da böyüməsinə səbəb olub. Son 5 ildə qeyri-neft ixracı, ümumilikdə, 50 faizi ötərək dəyər baxımından 3 milyard dollardan yüksək olub. Xarici iqtisadi fəaliyyətdə əmtəə nomeklaturası üzrə ixracın çeşidi də hər il artır və bu, davamlı xarakter daşıyır. Təkcə son üç ildə 35 adda məhsul ixrac səbətinə daxil olub.

İxracın stimullaşmasında “Azexport.az” portalı, “Bir Pəncərə İxraca Dəstək Mərkəzi”nin fəaliyyətə başlaması, xarici ölkələrdə Ticarət evlərinin və Ticarət nümayəndələrinin açılması, dövlətin milli ixracataçılara davamlı ixrac subsidiyaları və təşviqləri verməsi, ixrac missiyaları və beynəlxalq sərgilərdə yerli sahibkarların iştirakının artması öz mühüm təsirlərini göstərməkdədir.

Ortamüddətli dövrə dair strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına həcminin 200 dollardan 450 dollara çatdırılması hədəflənib. Qeyri-neft ixracını illik 13-15 faiz artırmaqla həmin hədəfə çatmaq mümkündür.

ELBRUS

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Azərbaycan tanımır!

18 Fevral 11:38  

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28