Bakının iradəsi sayəsində...
25.09.2024 [09:56]
İtki və Zərərə cavab verən Fond maliyyələşdiriləcək
İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq koalisiyanın əsas hədəflərindən biri olan iqlim maliyyələşdirilməsi məsələsi COP29 sammitinə ev sahibliyi edən Azərbaycanın qətiyyəti sayəsində öz həllini tapıb. Belə ki, Azərbaycanın səyi ilə aparılan səmərəli danışıqlar və diplomatik uğurların nəticəsində iqlim maliyyəsi siyasətini koordinasiya edəcək beynəlxalq təsisatın - İtki və Zərərə cavab verən Fondun maliyyə büdcəsinin formalaşdırılması və maliyyələşdirmə səlahiyyətləri təmin edilib. Qeyd edək ki, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı xüsusi həssas, inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə təsis edilmiş Fondun yaradılması barədə qərar COP27 sammitində, fəaliyyətə başlamasına dair qərar isə COP28-də qəbul olunsa da, 2 il ərzində heç bir praktiki addım atılmayıb. Həmin dövr ərzində qəbul edilmiş qərardan irəli gələn öhdəliklər faktiki olaraq kağız üzərində qalıb və ?ond fəaliyyətsiz qurum təsiri bağışlayıb.
800 milyon dollar məbləğində vəsait...
COP29-a ev sahibliyi edən Azərbaycan səlahiyyətlərindən istifadə edərək qlobal iqlim dəyişmələri ilə bağlı mübarizə tədbirlərində həlledici məqamlardan biri olan maliyyələşmə mexanizminin təmin edilməsini COP görüşlərində dəfələrlə qaldırıb və uğurlu nəticəyə nail olub. Azərbaycanın sammit başlamamışdan 2 ay əvvəl həmin maliyyə institunu formalaşdırmaq iradəsi həqiqətən böyük nailiyyət hesab edilə bilər və bu, qlobal iqlim hədəflərinə çatmaqda dünya birliyi qarşısında nümunəvi addım kimi səciyyələndirilə bilər. Azərbaycan COP29-a Sədrliyi dövründə qlobal iqlim prosesi üçün əsas məqsədlərindən biri olan maliyyələşmə mexanizmini reallaşdıran ölkə kimi adını COP ailəsinə yazdırmış olur.
Artıq fondun maliyyələşmə istiqamətində tam fəaliyyətə başlaması ilə bağlı qəbul edilmiş qərara əsasən, ilkin ehtiyac duyulan sahələrə donor yardımları göstəriləcək. Bununla bağlı fonda təxminən 800 milyon dollar məbləğində vəsaitin köçürülməsi üçün donor ölkələrin razılığı alınıb. İbrahim Şeyx Dionqun icraçı direktor seçildiyi fonda Dünya Bankı əsas donorlarından biri kimi qəyyumluq razılaşmasını təsdiqləyib.
Dünyada artan iqlim böhranı ilə əlaqədar qlobal çağırışa cavab tədbirləri müvafiq həcmdə və təxirə salınmadan maliyyə təminatının yaradılması olduqca vacibdir. Azərbaycan bu prosesdə bütün tərəfləri nəticə və fayda verə biləcək maliyyə arxitekturası formalaşdırmağa dəvət edir. Ədalətli və iddialı yeni iqlim maliyyə hədəfini müəyyənləşdirmək, inkişaf etməkdə olan ölkələrin iqlim inkişafı gündəliyinin ehtiyaclarını qarşılamaq sayəsində məhz əsaslı nəticəyə nail olmaq mümkündür. Çünki bütün dünyanın ana hədəfi olan karbon dioksid emissiyasının (CO2) həcminin azaldılması beynəlxalq koalisiyanın, yəni BMT-nin Çərçivə Konvensiyasının üzvü olan bütün ölkələrin üzərinə götürdüyü öhdəliklərin icrası sayəsində mümkündür. Bu isə ilk növbədə, həmin tədbirlərin həyata keçirilməsi üçün davamlı maliyyəyə bağlıdır. İnkişaf etmiş ölkələr maliyyə ilə bağlı sıxıntı yaşamasa da, inkişaf etməkdə olan ölkələr iqlim maliyyəsi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir və hər il əlavə maliyyə resurslarının mobilizasiyasını tələb artır. Məsələ ondadır ki, bu gün dünyada ətraf mühitə zərər verən, daha doğrusu, karbon dioksidi yayan əsas ölkələr yüksək inkişaf etmiş dövlətlərdir ki, iqlim dəyişikliklərində əsas məsuliyyət onların üzərinə düşür. Məsələn, enerji və sənaye sektorlarında istixana effekti yaradan bu qazların 36,7 faizi təkcə Çinin (2021-ci ildə 11 milyard 336 milyon ton) payına düşür. ABŞ (5 milyard 032 milyon ton), Hindistan (2 milyard 674 milyon ton), Rusiya (1 milyard 712 milyon ton), Yaponiya (1 milyard 602 milyon ton). Ümumiyyətlə 10 ölkə bütün karbon-dioksid emissiyasında 67 faizlik payına sahibdir.
Bakı ilk İnvestisiya Forumunu təşkil edəcək...
Məsələ ondadır zəif inkişaf edən və inkişaf etməkdə olan ölkələrin ətraf mühitə zərələri daha azdır və bu məsələdə ən çox həssaslıq göstərən də onlardır. Çünki ekoloji problemlər bu ölkələrin iqtisadi inkişafına cidd əngəl yaradır, su, sel fəlakətləri, istiləşmə və digər fəsadlar aqrar sektoru sıradan çıxarır. Ümumdünya Meteorologiya Təşkilatının təhlillərinə əsasən, Afrika ölkələri iqlim dəyişikliyi səbəbindən ÜDM-lərinin 5 faizini itirir. İnkişaf etməkdə olan kiçik ada dövlətləri isə təbii fəlakətlərdən orta hesabla ÜDM-lərinin 2,1 faizini itirir. Bu baxımdan, planetin gələcək ekoloji fəlakətinin qarşısını almaq üçün həmin 10-luq ölkəsi daha ciddi proqramlar həyata keçirməli, ekoloji sərmayələrdə əsas donorluğu üzərinə götürməlidir. Bunun üçün çoxtərəfli inkişaf banklarının resurs bazalarının cəlb edilməsi, ekoloji proqramlarda təmsil olunan donorların sayının artırılması zəruridir.
Beləliklə, Azərbaycanın qətiyyəti ilə 2 ildir ki, fəaliyyətsiz qurum halında olan İtki və Zərərə cavab Fondun praktiki fəaliyyətə başlaması və iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaqda maliyyəyə daha çox ehtiyacı olan ölkələrə kömək etməkdə koordinasiyaedici təşkilata çevrilməsi ekoloji zərələrin azaldılmasında əsaslı dönüş yaradacaq. Azərbaycanın təşəbbüsü ilə COP29 çərçivəsində Bakıda Bərpa olunan Enerji keçid üzrə ilk İnvestisiya Forumu keçiriləcək ki, tərdbirdə iqlimlə bağlı maliyyələşmə prioritet istiqamətlərdən biri olacaq. Bundan başqa, Azərbaycan iqlim maliyyəsinə ehtiyacı olan dövlətlərə özü də maliyyə yardımı göstərməyi istisna etmir və ada dövlətlərinə köməklə bağlı xüsusi proqram hazırlanır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18

