Qarşıdakı 4 ildə...
23.10.2024 [09:14]
İqtisadi artım böyüyəcək, sərmayə qoyuluşları yüksələcək
2025-2028-ci illərə dair Ortamüddətli Xərclər Çərçivəsinin əsas istiqamətləri
Maliyyə Nazirliyi 2025-2028-ci illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi sənədinin əsas istiqamətlərini açıqlayıb. Sənəd ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri əsasında hazırlanıb. Çərçivə sənədində ölkəmizin qarşıdakı 4 ildə iqtisadi inkişafının təmin olunması üçün gəlirlər və xərclər üzrə əsas hədəf prioritetləri öz əksini tapıb.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnozlara əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata, o cümlədən qeyri-neft ÜDM-in həcminin 117,2 milyard manata qədər artacağı gözlənilir. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.
Hökumətin nikbin makroiqtisadi ssenarisinə əsasən, ölkəmizin qarşıdakı 4 il ərzində iqtisadi inkişafının əsas drayverləri qeyri-neft sektoru üzrə yığım mənbələrinin təşviqi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması və müxtəlif sektorlarda çalışan fiziki şəxslərin gəlir vergisi üzrə verilmiş azadolmanın müddətinin 2025-ci ilin sonunda bitməsi və bunun sayəsində yeni fiskal gəlir kanalının yaranması, habelə iqtisadiyyatın özəl və dövlət sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınması və gəlirlərin leqallaşdırılması nəticəsində qeyri-neft yığım mənbələrinin genişlənməsi olacaq. Qeyri-neft fiskal yığımları stimullaşdırmaq üçün real sektorun və sahibkarlığın maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, rəqabət qabiliyyətinin gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, eləcə də vergi-gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi üçün müvafiq addımlar atılacaq.
Bu dövrdə neft və qazın optimist proqnozlara söykənməsi neft gəlirləri üzrə büdcənin fiskal təminatını da dayanıqlı şəkildə qoruyub saxlayacaq. Belə ki, baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 dollar və 2026-2028-ci illər üçün 65 dollar civarında, təbii qazın 1000 kubmetrinin orta illik ixrac qiyməti 2025-ci il üzrə 242 dollar, 2026-2028-ci illər üzrə isə 236 dollar olaraq fərz edilib ki, bu da neft və qaz sektorunda gözlənilən daxilolma həcmlərini tam təmin etməyə imkan verir.
Ümumilikdə, ortamüddətli dövrdə gəlir mənbələrinin dayanıqlılığı əhalinin gəlirlərinin artmasına da impuls verəcək. Bu dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir. Əhalinin gəlirlərinin sabitliyində mühüm rol oynayan amillərdən biri - monetar vəziyyət də sabit qalacaq, manatın dollara qarşı məzənnəsi 1,70 intervalında ehtimal olunur.
Xarici borcla bağlı əsas hədəflər...
Neft-qaz gəlirləri ilə düşünülmüş təmkinli siyasət həm büdcədə neft transfertlərinin həcminin tədricən azalmasına gətirib çıxaracaq, həm də büdcənin qeyri-neft kəsirinin azalmasını təşviq edəcək. Belə ki, yaxın 4 ildə Dövlət Neft Fondunun dövlət büdcəsinə illik transfertlərin yuxarı hədləri azalmaqla əsas fiskal sütun kimi qeyri-neft sektorunun dayanıqlılığı güclənəcək. Bu siyasət tədbirlər sayəsində büdcə kəsirinin ÜDM-də payı da aşağı düşmüş olacaq. 2025-2028-ci illərdə büdcə siyasətinin əsas hədəfləri sırasında qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi yuxarı həddinin hər il deyil, ortamüddətli dövrün sonuna müəyyən edilməsi nəzərdə tutulur ki, kəsirin yuxarı həddi 2028-ci ilə qədər 15,5 faiz səviyyəsində saxlanılmaqla qaneedici səviyyə hesab olunur.
Bu siyasət, eyni zamanda dövlət borcunun da azalması çərçivəsi üzrə prioritetlərə də müsbət təsir göstərəcək. Yaxın 4 il üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun məbləğinin 10 milyard dolları üstələməməsi kimi hədəflər müəyyən edilib. Qeyd edək ki, 2024-cü il birinci yarısında dövlət borcunun ÜDM-ə nisbəti 21,2 faiz təşkil edib ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 8,8 faiz bənd azdır.
Həm neft, həm də qeyri-neft sektoruna investisiyalar artacaq...
Hökumətin proqnozlarına görə, qarşıdakı 4 ildə sərmayə qoyuluşlarının həcmi də davamlı artacaq. 2025-ci ildə əsas kapitala olan investisiyalarda 3 faiz, ortamüddətli dövrdə isə orta illik 3 faiz artım olacağı, 2025-ci ildən 2027-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. Əsas kapitala investisiyaların artmasına bu sahədə stimullaşdırıcı vergi siyasətinin tətbiqi, bank-maliyyə sektorunun vasitəçiliyinin gücləndirilməsi, strategiya üzrə müəyyən edilmiş hədəflər, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozları, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işləri və neft-qaz sektorunda fəaliyyət göstərən təşkilatların öhdəlikləri öz mühüm təsirlərini göstərəcək.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında investisiya fəallığının yüksəlməsi sayəsində əsas kapitala 12,7 milyard manatdan çox vəsait yatırılıb. Sərmayələrin 10,5 milyard manatını daxili investisiyalar təşkil edib, xarici sərmayələrin həcmi isə 2,2 milyard manata bərabər olub. Əsas kapitala yönəldilmiş xarici investisiyaların əsas hissəsi qeyri-neft bölmələrində müxtəlif layihələri, o cümlədən, “yaşıl enerji” sektorunu əhatə edir. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Bu isə növbəti illərdə xarici investorların əlavə sərmayə qoyuluşlarını təşviq edəcək.
İnflyasiya yaxın 4 ildə 3,8 faiz səviyyəsində qalacaq
Büdcə siyasəti qarşısında duran əsas vəzifələrdən biri də anti-inflyasiya tədbirlərinin dəstəklənməsi, habelə inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə və real gəlirlərinə mənfi təsirlərinin azaldılması, vətəndaşların rifahının təmin olunması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir. Anti-inflyasiya tədbirləri strateji məqsəd kimi müəyyən edildiyindən bu kurs 2025-2028-ci illərdə də əsas hədəf prioriteti kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenəd də işə koordinasiya ediləcək. Bu çərçivəyə əsasən, zəruri xərc istiqamətləri üzrə artımların inflyasiyaya təkan verməyən səviyyədə həyata keçirilməsi və pul bazasının izafi artımına gətirib çıxarmaması üçün Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasət davam etdiriləcək.
Beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də anti-inflyasiya tədbirləri əsas götürülərək baza ssenaridə 2025-ci ildə isə 4,6 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2028-ci ildə 3,8 faiz olacağı fərz edilir.
Qeyd edək ki, beynəlxalq iqtisadi institutların proqnozlarında da ölkəmizdə inflyasiyanın sabit qalacağı fərz edilir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5 faiz, 2025-ci ildə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz əks olunub.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

