Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İqtisadiyyat nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

İqtisadiyyat nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

24.10.2024 [16:51]

İqtisadiyyat nazirinin müavini Anar Axundov Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşə gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Qobustan şəhərində keçirilən görüşə gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.

Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30