Türk dövlətlərinin vahid maliyyə siyasəti
07.11.2024 [08:35]
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması maliyyə sabitliyinin təmin olunmasına töhfə verəcək
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb. Banklar Şurasının yaradılmasında əsas başlıca hədəf TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsi, təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasıdır.
“Qarabağ Bəyannaməsi”nin hədəflərindən biri...
Yeni təsisatın yaradılması türk dövlətlərinin 2024-cü ilin iyul ayında Şuşa şəhərində imzaladığı “Qarabağ Bəyannaməsi”ndə əks edilmiş iqtisadi hədəflərə söykənir. Bəyannamənin əsas prinsiplərindən biri TDT-nin kollektiv iqtisadi-maliyyə strategiyasının formalaşdırılmasıdır ki, bu baxımdan maliyyə və bank sahəsində vahid strategiyanın müəyyən edilməsi qarşıya qoyulan məqsədlərdən birinin reallaşması deməkdir.
Mərkəzi Banklar Şurasının strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, türk dövlətləri ərazisində investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşlığının qurulması, bank kapitallarında payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarını və digər qiymətli kağızların əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı kimi alətlərə çıxış imkanları yaradılmış olur ki, bu da vahid maliyyə institutu funksiyasının formalaşdırılması deməkdir.
Şuranın yaradılması türk maliyyə və bank ailəsinin xarici bazar iştirakçıları ilə rəqabətdə mövqelərini möhkəmləndirə bilər. Bu platforma Asiya və Avropa regionunda böyük bir yeni maliyyə ekosisteminin əsasını qoymaqla, türk ölkələrinin təşəbbüskarlığı sayəsində Çindən Avropaya qədər uzanan “yaşıl maliyyə” coğrafiyasının formalaşmasında da təşviqedici rol oynayacaq.
Rəqəmsal bank platforması - Fintex Alyansı...
TDT-nin bank sahəsində əməkdaşlığının yeni istiqamətlərindən biri kimi Fintex Alyansında bir araya gəlmələri də mühüm əhəmiyyət kəsb edir. Ötən ay oktyabrın 10-da İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın fintex assosiasiyaları arasında TDT-nin Fintex Alyansının yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb ki, sənəd maliyyə-bank institutlarının gələcək niyyətlərini əks etdirir. Belə ki, sənəd maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu, TDT-nin Mərkəzi Banklar Şurasının təşəbbüsləri və planlarının bir hissəsi sayıla bilər.
Türk dövlətləri fintex ailəsində birləşməklə “yaşıl maliyyə” texnologiyaları sahəsində vahid rəqəmsal ödəniş infrastrukturu da yaratmaqda qərarlıdır. Həmin infrastrukturların qurulması sayəsində türkdilli ölkələrin müasir elektron bank məhsulları və arxitekturasının imkanları əlaqələndirilə, o cümlədən rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin tətbiqi, habelə yaşıl bank xidmətərindən birgə istifadə, Mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi mümkün olacaq.
Ortaq maliyyə-investisiya xəzinəsi
TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu da noyabrın 1-dən fəaliyyətə başlayıb. TDT-nin baş katibi Kubanıçbek Omuralıyev bildirib ki, 500 milyon dollar portfeli olan Fond ilk layihələrin icrasına start verib və yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Yeni sərmayə xətləri həm dövlət, həm də özəl sektoru nəzərdə tutur. Xüsusilə də, Fondun maliyyə vizyonu daha çox yeni iqtisadiyyat quruculuğu prioritetlərinə əsaslanır ki, burada bərpa olunan enerji, rəqəmsal kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılması mühüm yer tutur. Bundan başqa, Fondun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.
Bu məqsədlərə çatmaq üçün Fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Türk İnvestisiya Fondunun maliyyələşdirmə strukturunun formalaşmasında üzv dövlətlərin birbaşa kapital resursları ilə yanaşı, fiziki və ya hüquqi şəxslərin də maliyyəsinin cəlb edilməsi nəzərdə tutulub ki, bu da türk dövlətlərinin iri şirkətlərinin, sahibkarlar icmasının bu prosesdə fəal rol olması deməkdir.
Fond kiçik ailə bizneslərinə də təşviqedici fəaliyyət çərçivəsində dəstək verməklə üzv ölkələrin iqtisadi və sosial inkişafına, dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsinə də töhfə vermək niyyətindədir. Bundan başqa, strateji yol xəritəsinə əsasən, TDT üzvləri ilə yanaşı, üçüncü dövlətlərin də TİF-nun layihələrində iştirakı nəzərdə tutulur ki, burada türk dövlətləri ailəsinin strateji proqramlarında yer alan ölkələrin, o cümlədən Macarıstan, Rumıniya, Gürcüstanın bu maliyyə zəncirinə qoşulması deməkdir.
Gələcəkdə TİF-nun nəhəng bir maliyyə institutu kimi türk dövlətlərinin Mərkəzi Banklarının aktiv maliyyələşməyə cəlb edilməsi, müxtəlif layihələrdə donorluq etməsi, ələlxüsus da səhm və müxtəlif investisiya alətlərinin emissiyasında rol almasında da rolunun artacağı istisna deyil. Eyni zamanda, investisiya fondlarının da bu prosesə qoşulması mümkündür.
Hədəf 2 trilyon dollar iqtisadi dəyər...
Türk dövlətləri 2024-2025-ci illərdə birgə ticarəti 60 milyard dollara, əlavə dəyərləri isə 2 trlilyon dollara çatdırmağı hədəfləyir.Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Eyni zamanda, əlavə dəyərin ümumi həcmi 1,5 trilyon dollara yaxındır. Yaxın illərdə TDT 2 trilyon dollardan da çox iqtisadi dəyər yaratmaqla dünya iqtisadiyyatında mühüm yer tuta bilər.
Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir.. Mövcud axıcı nəqliyyat infrastrukturlarının daha da müasirləşdirilməsi və beynəlxalq trans-regional dəhlizlərə inteqrasiyaların genişləndirilməsi nəzərdə tutulur ki, bu hədəflərin reallaşması sayəsində TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyi möhkəmlənə, ticarət həcmləri və qlobal ÜDM-də payı arta bilər. Bu baxımdam maliyyə, investisya, fintex və digər platformaların yaradılması da türk ailəsinin iqtisadi gücünü, maliyyə qüdrətini daha da yüksəltmək üçün unikal yol xəritələri rolunu oynayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

