Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması müzakirə edilib

“Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması müzakirə edilib

05.12.2024 [22:36]

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ADA Universitetinin Biznes Məktəbi ilə İtaliyanın Luiss Universiteti arasında “Qlobal İdarəetmə və Siyasət” (GMAP) ixtisası üzrə ikili diplom magistr proqramının “Made in Azerbaijan” tədris planının təqdimatı məqsədilə təşkil olunan müzakirə sessiyasında iştirak edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, bir sıra müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sessiya zamanı “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması imkanları müzakirə edilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev “Made in Azerbaijan” brendinin beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, “Made in Italy” təcrübəsi Azərbaycanın ixrac potensialını artırmaqda mühüm rol oynayacaq və ADA Universiteti ilə birgə həyata keçirilən tədris proqramına bu istiqamətdə mühüm töhfə verəcək.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov bu təşəbbüsün Azərbaycan məhsullarının qlobal rəqabət qabiliyyətini artırmaq baxımından əhəmiyyəti, “Luiss Universiteti”nin marketinq praktikası fənni üzrə professoru Marko Mazzu və lüks menecment praktikası fənni üzrə professoru Karlo Fei “Made in Italy” təcrübəsi barədə məlumat veriblər.

“Made in Azerbaijan” tədris proqramından əldə ediləcək biliklərin milli brendin beynəlxalq bazarda möhkəmlənməsi üçün əhəmiyyət daşıyacağı vurğulanıb.

Sessiya “Made in Italy” təcrübəsi ilə “Made in Azerbaijan” brendinin inkişaf perspektivlərinin strateji yanaşmalar əsasında müzakirəsi ilə davam edib.

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30