“Rəqəmsal qızıl” valyuta bazarını gərginləşdirir
06.12.2024 [09:14]
“Bitcoin”in yaxın 20 ildə 13 milyon dollara yüksələcəyi ehtimal edilir
Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri yenidən artaraq rekordu təzələyib. Ötən gün virtual pul bazarında “Bitcoin”in qiyməti 103,844 dollara çatıb. Ümumiyyətlə, son bir ildə “Bitcoin”in qiyməti 3,5 dəfə bahalaşıb. “Bitcoin”in bahalaşması onun bazar dəyərini və əməliyyatlar üzrə dövriyyəsini də yüksəltməkdədir. Hazırda dövriyyədə olan bu virtual pulların ümumi dəyəri 2 trilyon dollara yaxındır.
“Bitcoin”in dəyəri dolların dəyərindəki dəyişiklikdən də asılı olur. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşır. Bu baxımdan ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yürütdüyü siyasət da bu kripovalyutanın dəyərinə təsir edir. FED sədri Pauelinin “New York Times DealBook” sammitində çıxışı zamanı “Bitcoin”in spekulyativ bir aktiv olsa da qızıla bənzətməsi rəqəmsal pul bazarında silkələnmələri daha da gərginləşdirib. FED sədrinin çıxışı və yeni tənzimləyici dəyişikliklər “Bitcoin” üçün əlverişli bir mühit yaradıb, “rəqəmsal qızıl” kimi statusunu möhkəmləndirib və onu maliyyə dünyasında əhəmiyyətli bir aktivə çevirib.
Trampın qalibiyyəti kriptovalyuta bazarını canlandırıb
Eksperlər “Bitcoin”in qiymət artımının siyasi amillərlə bağlılığını istisna etmir. Prezident seçilmiş Donald Trampın kriptovalyuta tərəfdarı kimi tanınan bir şəxsi, Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) yeni sədri təyin etməsidir. Bu təyinat, rəqəmsal aktivlər üçün daha müsbət tənzimləmə siyasətlərinin həyata keçirilməsinə dair ümidləri artırıb və investor etimadını gücləndirib. Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsindən cəmi bir gün sonra rəqəmsal valyuta bazarında ilk siqnallar özünü vermişdi. Seçkilərdən sonrakı günlərdə ABŞ-la yanaşı, qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələxüsus da birjalarda virtual volatilliklər baş verməkdədir. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri son bir ayda 5 faiz artım nümayiş etdirib. Maliyyə bazarında kriptovalyutaların qiymət sıçrayışları daha həyəcanverici olub, rəqəmsal valyutaların indeksləri 4-5 faiz artmaqla maliyyə seqmentlərində son ayların ən yüksək artımını qeydə aldırıb. Xüsusilə də, bitcoinlərin tranzaksiyaları sürətlə dövr edib, bu elektron pulun qiyməti birja tarixində ilk dəfə olaraq noyabrda 75 min dollara, dekabrda isə 103 min dollara yüksəlib.
Baş verən proseslər kriptovalyutaların ənənəvi maliyyə sistemində artan rolunu və qəbulunu göstərir. “Bitcoin”in “rəqəmsal qızıl” kimi tanınması, onun dəyər saxlama vasitəsi kimi potensialını artırır və investorların diqqətini cəlb edir. Analitiklər “Bitcoin”in illik artım faizinin artıq 135 faizə çatdığını və bu artımın davam edəcəyini proqnozlaşdırırlar. Bəzi ehtimallara görə, bu kriptovalyuta ilin sonuna qədər 125-130 dollar arasında satıla bilər. Uzunmüddətli perspektivdə isə 2045-ci ilə qədər 13 milyon dollara yüksələ bilər.
Gələcəkdə “Bitcoin”in maliyyə sistemindəki rolu və dəyəri, həm texnoloji inkişaf, həm də tənzimləyici mühitin dəyişməsi ilə formalaşacaq. Bu səbəbdən, investorlar və analitiklər, kriptovalyuta bazarını diqqətlə izləməyə davam edirlər.
Azərbaycanda kriptovalyutalar riskli hesab edilir
Azərbaycanda kriptovalyutalara monetar baxış konservativdir, blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.
Bundan başqa, kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Avropa və Asiya ölkələrinin bəzilərində milli valyutalar dəyər itirməkdə davam edir. Ona görə də, “Bitkon”lara inteqrasiya indiki halada ölkəmizin monetar sektoru üçün də məqsədəuyğun deyil.
Yeri gəlmişkən, bəzi ekspertlər düşünür ki, “Bitkon”ların bahalaşması manat üçün təhlükə yarada bilər. Bu arqument də inandırıcı deyil, “rəqəmsal qızıl”ın ölkəmizin valyuta bazarına müdaxiləsi qeyri-mümkündür. İlk növbədə, ona görə ki, Azərbaycan bu virtual valyutanı emissiya etməyib və hesablaşmalarda, bazar əməliyyatlarında kriptovalyutadan istifadə olunmur. Ölkəmiz xarici valyuta seqmentlərinə, ələxüsus da kriptobazarlara inteqrasiya olunmayıb, yerli səhmdarların və investorların, qiymətli kağızlar bazarının emitentlərinin virtual alətlərlə əməliyyatları həyata keçirilmir. Həmçinin, qlobal valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq Mərkəzi Bank məzənnə siyasətini müəyyənləşdirir. Ona görə, bitkoin və ya digər blokçeynlərin manatın məzənnəsi ilə əlaqəsi olmadığından Azərbaycan manatı üçün heç bir təhlükə yoxdur.
ELBRUS
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17

