“Yaşıl enerji”də rekord göstərici
28.01.2025 [11:37]
2024-cü ildə bərpaolunan enerji istehsalı 2 dəfəyə yaxın artaraq 3,9 milyard kVt·st təşkil edib
2024-cü il Azərbaycanın “yaşıl enerji” üzrə planları gözlənildiyindən də uğurla davam edib, bütün növ bərpaolunan enerji mənbələrində əhəmiyyətli artımlar baş verib. Ötən il ərzində “yaşıl enerji” mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1728,7 milyon kVt·st artaraq 3850,9 milyon kVt·st təşkil edib. Bərpaolunan enerji mənbələri üzrə SES-lərdə istehsal 3 milyon kVt·st, digər mənbələr üzrə isə 839,9 milyon kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 51,1 milyon kVt·st, Günəş elektrik stansiyalarında 556,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Bu rəqəmlər bir daha təsdiq edir ki, artıq Azərbaycanda “yaşıl enerji” strategiyası uğurlu başlanğıcla irəliləyir və bərpa olunan enerji növlərinin hər birində artım müşahidə edilir. Bu isə hökumətin 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunanenerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və “yaşıl enerji” sahəsində lider olmaq üçün mövcud enerji siyasətinin uğurla icrasından xəbər verir.
Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” istehsalı yüksəlir
Yaxın 5-6 ildə “yaşıl enerji” gücünü 2 dəfə artırmaqla Azərbaycan həmin hədəf göstəricisini adlayacaq. Qiymətləndirmələrə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və Günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır.
Yeri gəlmişkən, ötən il Qarabağ və Şərqi Zəngəzurdakı enerji mənbələrində yüksək enerji səmərəliliyi qeydə alınıb, ölkənin ümumi enerji sisteminə inteqrasiya prosesi hədsiz dərəcədə yaxşılaşıb. Kəlbəcər rayonu və eyni zamanda, işğaldan azad edilən ərazilərdə ən böyük su elektrik stansiyası hesab edilən 22,5 meqavatlıq “Yuxarı Vəng”, habelə 4,3 meqavatlıq “Zar”, Laçın rayonunda 2,8 meqavatlıq “Zabux”, 4,6 meqavatlıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 meqavat olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. Ümumilikdə, bu bölgədə enerji təsərrüfatlarının bərpasına başlanmasından sonra 32 su elektrik stansiyası istifadəyə verilib.
Ötən il bu bölgədə fəaliyyət göstərən 32 su elektrik stansiyasında (SES) 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin enerjinin üçdə biri, təxminən 200 milyon kilovat-saatı işğaldan azad edilən ərazilərin özünün enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublikanın enerji sisteminə ötürülərək digər bölgələrin tələbatına yönləndirilib. Nəticədə 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Qarabağ və Şərqi Zəngəzurda 2025-ci ildə 11 su elektrik stansiyasının açılışı da planlaşdırılır ki, nəticədə əlavə olaraq enerji istehsalı potensialı dövriyyəyə cəlb olunacaq.
Xarici investorların cəlb edilməsi üçün münbit mühit yaradılıb
Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda islahatları 2 istiqamətdə aparır. Biirincisi, yerli “yaşıl güclərin” istehsalı və emalına xarici investorların cəlb edilməsidir ki, bunun əsası çox məharətlə qoyulub. Son 2 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycan Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və Günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. Ötən ay Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər.
Xarici investorların bu sahəyə marağının daha da artırılmasını təmin etmək məqsədilə ölkəmizdə qüvvəyə minən “yaşıl vergi” güzəştləri isə sərmayə imkanlarını daha da artıracaq. Bu vergi stimullarının tətbiqi sayəsində qarşıdakı dövrdə “yaşıl enerji” strategiyası çərçivəsində ekoloji sahədə fəaliyyət göstərən, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpaolunan enerji mənbələrinin istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılmasına və investisiyaların stimullaşmasına səbəb olacaq. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.
“Yaşıl enerji” siyasətinin ikinci istiqaməti isə resursların ixracının şaxələndirilməsədir. Bu istiqamətdə də fundamental hüquqi baza yaradılıb, iqtisadi infrastrukturlar möhkəmləndirilir. “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılması ilə artıq Azərbaycanın “yaşıl ixracatçı”ya çevrilmək statusu öz həlini tapıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

