2025-ci il üzrə Yol Xəritəsi layihəsi hazırlanıb
08.02.2025 [11:31]
Sənəd “Biznesə daxilolma” üzrə prioritetləri əks etdirir
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin layihəsi hazırlanıb. Sənəd Dünya Bankının ənənəvi “Doing Business” hesabatının əvəzində daha təkmil və yeni meyarlara əsaslanan “Business Ready” (B-Ready) tövsiyələrinə əsasən hazırlanıb. Qeyd edək ki, “Business Ready” hesabatı dünya ölkələrinin, o cümlədən Azərbaycanın biznes sektorunda aparılan yeni islahatları və fərqli yanaşmaları özündə əks etdirir. Vergi, gömrük, ticarət, maliyyə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında hazırlanan bu hesabat əsasında dünya ölkələrinin biznes mühiti barədə rəy veriləcək və həmin ölkələrin beynəlxalq biznes mövqeyi müəyyənləşəcək.
İslahatçı ölkə statusunda...
Azərbaycan neçə illərdir ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində biznes sahəsində islahatları davam etdirir, DB-nin təklif və tövsiyələri əsasında biznes mühitinin yaxşılaşdırılmasına təsir edən sahələr üzrə qabaqcıl təcrübələri tətbiq edir. Bu islahatların mühüm nəticələrindən biri kimi, Azərbaycan “Doing Business” hesabatlarında son illərdə ən yaxşı islahatçı ölkələr sırasında yer alıb. Ölkəmiz “Biznesə başlama”, “Mülkiyyətin qeydiyyatı”, “İnvestorların hüquqlarının müdafiəsi”, “Vergilərin ödənişi” indeksləri üzrə ən mütərəqqi islahatlar həyata keçirib. 2018-ci ildən sonra vergi islahatları hesabatda Azərbaycanın bir neçə indeks üzrə irəliləməsində xüsusi rol oynayıb. Belə ki, “Doing Business 2020” hesabatında birbaşa vergi məsələləri ilə bağlı olan “Biznesə başlama” və “Vergilərin ödənişi” indeksləri üzrə Azərbaycan ilk 10 ölkə qrupunda yer alıb. Respublikamız “Biznesə başlama” üzrə dünya sıralamasında 9-cu yerdə, “Vergilərin ödənilməsi” indikatoru üzrə 28-ci yerdə qərarlaşıb.
“Doing Business”i əvəz edən “Business Ready”
Dünya Bankı biznes qiymətləndirməsini tamamilə yeni meyarlar və daha dərin alt-indekslər üzrə həyata keçirdiyindən Azərbaycanın da üzərinə bir sıra vəzifələr düşür. “Doing Business”i əvəz edəcək “Business Ready” hesabatı investisiya və biznes mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslaşdırılmış yanaşmanı təmin etməkdədir. Yeni hesabat biznesə başlamaq üçün əsas institusional amilləri, vergi yükü və vergi dərəcələri, biznesin fəaliyyətində vergiqoymanın təsirləri, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, bazar rəqabəti, mübahisələrin həlli kimi əsas alt-indekslər ölçüləcək. Bu reallıqlar nəzərə alınaraq müasir çağırışlar fonunda ötən dövr ərzində “Əlverişli biznes mühiti” adlı yeni layihə çərçivəsində islahatları və iqtisad təşəbbüsləri davam etdirilib.
“Biznesə daxilolma” adlı işçi qrupu tərəfindən biznesin qeydiyyatının bütün sahələrdə daha da asanlaşdırılması, xüsusilə də xarici hüquqi şəxslərin ölkəmizdə qeydiyyatdan keçirilməsi proseslərinin səmərəliliyinin təmin edilməsi, paralel olaraq onların təhlükəsizliyinin təmin edilməsi, biznes sektorunun sosial maraqlarının qorunması, kommunal xidmətlər, işçi qüvvəsi, biznes mübahisələri və s. sahələrdə sadələşdirilmiş prosedurların hazırlanması nəzərdə tutulur. Həmçinin müəssisələrin fəaliyyətinin çevikliyinin təmin olunması və sosial maraqlarının qorunması, xarici mənşəli beynəlxalq sənədlərin informasiya sistemlərində elektron rəsmiləşdirilməsinin asanlaşdırılması və “Elektron notariat” informasiya sisteminin tətbiqi, digər elektron infrastrukturların çevikliyinin artırılması islahat təşəbbüsləri sırasında yer alır.
“Biznesə daxilolma” üzrə görülmüş işlər...
Dövlət Vergi Xidmətinin məlumatına görə, “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilib. Qanunvericilikdə edilmiş yeniliklərə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Bu sahədə həyata keçirilmiş islahatlar çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imza tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb.
Eyni zamanda, rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin zəruriliyinə dair informasiya xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Həmçinin, lisenziya və ya icazə tələb edilən fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin olunub.
Bütün bu meyarlar və digər indikatorlar üzrə görülmüş işlər DB-nin hazırlayacağı “Business Ready” hesabatında Azərbaycanın islahatçı ölkələr qrupunda qalmasına xidmət edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

