Bakı Bəyannaməsi qlobal gömrük gündəliyində...
03.05.2025 [12:42]
Ümumdünya Gömrük Təşkilatı bəyannaməni gömrük sisteminin inkişafında strateji sənəd hesab edir
Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransında ötən il Bakıda keçirilmiş COP29 toplantısı çərçivəsində qəbul olunmuş “Yaşıl Gömrük - Yüksək Gömrük Rəsmilərinin Dialoqu”nun Bakı Bəyannaməsi müzakirəyə çıxarılıb. Gömrük orqanları “Yaşıl Gömrük” konsepsiyasının gömrük idarəçiliyində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək, ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həlli sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından unikal platforma olduğunu vurğulayıblar. Qeyd olunub ki, Bakı Bəyannaməsi gömrük orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə rolu, ətraf mühitə zərərli məhsulların dövriyyəsinin məhdudlaşdırılması, yaşıl texnologiyaların tətbiqi və ekoloji baxımdan dayanıqlı ticarətin təşviqi kimi əsas prioritetləri əhatə edir.
“Yaşıl Gömrük” sistemində unikal platforma
İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Yaşıl Gömrük” təşəbbüslərinin qlobal gömrük sisteminin strateji inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Bakı Bəyannaməsinin bu sahədə qəbul olunmuş ilk institusional və çoxtərəfli sənəd kimi tarixə düşdüyünü qeyd edib. O, gömrük xidmətlərinin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə artan roluna diqqət çəkərək Bakı Bəyannaməsinin bu istiqamətdə gələcək təşəbbüslər üçün strateji əsas və istiqamətverici sənəd ola biləcəyini bildirib.
ÜGT-nin Avropa regionu üzrə sədr müavini, Norveç Gömrük Xidmətinin rəhbəri Oystein Bormer Bakı təşəbbüsünün ekoloji dəyərlərin gömrük vasitəsi ilə təşviqi baxımından mühüm addım olduğunu vurğulayıb. Qeyd edilib ki, “Yaşıl Gömrük” təşəbbüsü yeni iqtisadiyyat quruculuğu, asan və maneəsiz gömrük zonalarının yaradılması, dayanıqlı ticarət və ətraf mühitin mühafizəsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, “Yaşıl Gömrük” təşəbbüsü ilk növbədə gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir. Bu konsepsiya beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin, həmçinin dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşıya məqsəd qoyur, Dünya gömrük administrasiyaları müasir yaşıl və ağıllı texnologiyalardan istifadə etməklə ticarət rejimlərinin səmərəliliyinin artırılması, sərhəd-keçid proseslərinin sadələşdirilməsi, nəqliyyat və logistika sahəsində ekoloji problemlərin minimuma endirilməsində bu konseptin mühüm proqram xarakterli əhəmiyyətini xüsusi dəyərləndirir. Eyni zamanda, ticari potensialların gücləndirilməsi, gömrük əməkdaşlarının nəzarət sisteminin asanlaşdırılması və şəffaflığın təmin edilməsində də “Yaşıl Gömrük” sistemi mühüm əhəmiyyət kəsb edir.
Qlobal ticarətdə kollektiv fəaliyyət planı
Bakı Bəyannaməsi, həmçinin qlobal ticarət iştirakçıları arasında kollektiv ticarət alyansının yaradılması və bu məqsədlə gömrük rejimlərində asan preferensial (qarşılıqlı güzəşt) qaydaların tətbiqini də təşviq edir. Həmin təşviqlərin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan tərəflər arasında mərhələli şəkildə idxal və ixrac olunan bir sıra məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldılması istisna deyil.
ÜGT-nin tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi hesab edir ki, dünyada hökumətlərin “yaşıl və davamlı ticarəti” təşviq edən siyasətlərinin həyata keçirilməsində yeni gömrük alətləri mühüm rol oynayır. Bu baxımdan “Yaşıl Gömrük” çox geniş bir anlayış olmaqla ticarətlə ekoloji çərçivəni tamamlayır. Bu təşəbbüs, eyni zamanda, gömrük orqanları arasında “yaşıl ticarətin” iqlim çağırışlarına uyğun qurulmasını və inkişafını stimullaşdırır. Çünki ticarət ətraf mühitin deqradasiyası, çirklənməsi və iqlim dəyişikliyinin bir hissəsi olduğu üçün, bu problemlərin həllində də mühüm rol oynaya bilər.
Azərbaycan gömrük sistemini “yaşıllaşdırır”
Göründüyü kimi dünya gömrük orqanları bu konsepsiya ilə dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yaratmağı düşünür. Azərbaycan bu prosesdə fəal rol oynamaqla, ətraf mühitin mühafizəsi istiqamətində bir sıra mühüm islahatlar həyata keçirərək gömrük sisteminin “yaşıllaşmasını” təşviq etməkdədir. Ölkəmizdə “yaşıl nəqliyyat”a keçidi təşviq etmək üçün elektrik və hibrid nəqliyyat vasitələrinin idxalına tətbiq olunan gömrük güzəştləri buna nümunəsidir. 2019-cu ildən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilmiş, həmçinin 2022-ci ildən isə istehsal tarixi 3 ildən az olan elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gömrük rüsumundan azaddır. Bu istiqamətində mühüm tədbirlər davam etdirilir və digər “yaşıl alətlər”in tətbiqi ilə bağlı aidiyyatı orqanlarla sıx əməkdaşlıq aparılır.
Azərbaycanın qəbul etdiyi Bakı Bəyannaməsinin ümumdünya gömrük ailəsi üzvləri arasında səmərəli mexanizm kimi inkişaf etdirilməsini dəstəkləyən Türkiyə, Qazaxıstan, Gürcüstan, Rusiya, Tacikistan, Ukrayna, Türkmənistan nümayəndələri, eləcə də Avropa İttifaqı ölkələri Bəyannamənin ÜGT-nin 2025-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyası və Gömrük Əməkdaşlıq Şurasının gündəliyinə daxil edilməsini irəli sürüblər. ÜGT üzvləri Bakı Bəyannaməsinin rəsmi sənəd kimi qəbul olunması razılaşdırılıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

