Azərbaycan nümayəndə heyəti İƏT-in Yüksək Səviyyəli Ekspert görüşündə iştirak edib
04.09.2025 [21:50]
Qətərin Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər çərçivəsində Ərzaq Təhlükəsizliyi Ehtiyat Sisteminin (ƏTES) yaradılması, bunun üçün strateji kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi və “2026-2035-ci illər üzrə Ərzaq Təhlükəsizliyi üzrə Strateji Plan” (Strateji Plan) layihəsinin müzakirəsi məqsədilə Yüksək Səviyyəli Ekspert görüşü keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi üzrə növbəti İƏT Nazirlər Konfransı zamanı müzakirə ediləcək məsələlərin müəyyənləşdirilməsi və təhlili, eləcə də mövqelərin formalaşdırılması üçün hazırlıq iclası xarakteri daşıyıb.
İƏT-ə üzv dövlətlər arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyən görüşdə ƏTES-nin yaradılması və bununla əlaqədar müəyyən edilmiş strateji kənd təsərrüfatı məhsullarının (buğda, çəltik və kassava) ehtiyat sistemlərinin inkişaf etdirilməsi üzrə Müvəqqəti İcra Komitəsinin (MİK) təsis edilməsi, bu istiqamətdə qarşıya qoyulan məqsəd və hədəflər, mövcud çətinliklər və onların həlli yolları, bilik və bacarıqların artırılması təşəbbüslərinin genişləndirilməsi müzakirə edilib. Həmçinin İƏT-ə üzv ölkələr arasında daxili ticarətin gücləndirilməsi strategiyalarının müəyyən edilməsi, dayanıqlı kənd təsərrüfatı təcrübələrinin və aqrobizneslərin genişləndirilməsi, ticarət məhdudiyyətlərinin azaldılması, standartların uyğunlaşdırılması, regional təchizat zəncirlərinin inkişaf etdirilməsi, kənd təsərrüfatı dəyər zəncirləri üzrə investisiya imkanlarının müəyyənləşdirilməsi ilə bağlı məsələlər də gündəmdə olub.
Tədbirdə Strateji Planın mövcud ərzaq təhlükəsizliyi problemləri ilə əlaqələndirilməsi, strateji hədəflərin qəbul edilməsi, ünvanlı intervensiyalar üçün prioritet sahələrin, Strateji Plan üzrə praktiki yanaşmalar və institusional mexanizmlərin, monitorinq və qiymətləndirmə alət və metodlarının, maliyyələşmə imkanlarının, o cümlədən İslam İnkişaf Bankı (İİB), milli və regional mənbələr, İslam maliyyələşmə alətlərinin müəyyən edilməsi, həmçinin Strateji Plan çərçivəsində əsas alət kimi çıxış edən müqaviləli kənd təsərrüfatı və bu sahədə ən yaxşı təcrübələr və siyasi mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.
Yüksək Səviyyəli Ekspert görüşündə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin rəhbəri ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, mövcud vəziyyət və gələcək həllər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, müzakirə edilən mövzulara dair müvafiq rəy və tövsiyələrini qeyd edib.
Daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli ilə sözügedən iclasın sədri, Qətər Dövlətinin Bələdiyyə Nazirliyinin Ərzaq Təhlükəsizliyi Departamentinin direktoru Masoud Al-Marri arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə ikitərəfli görüş keçirilib. Görüş zamanı 2016-cı ildə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun yenilənməsi, aqrar sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və çevik formada əməli fəaliyyətlərin icrası məqsədilə Birgə İşçi Qrupunun təsis edilməsi, ticarət dövriyyəsinin artırılması üçün kənd təsərrüfatı və emalı sahəsində fəaliyyət göstərən biznes subyektləri arasında əlaqələrin təşviq edilməsi üçün hər iki ölkənin ərazisində təşkil olunan beynəlxalq sərgi və yarmarkalarda mütəmadi iştirak, habelə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsinin təmin edilməsi barədə müzakirələr aparılıb.
Görüşün sonunda tərəflər kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq potensialının mövcudluğunu nəzərə alaraq, əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23

