Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb
08.09.2025 [22:32]
Naxçıvanda 2025-ci ilin yanvar–avqust aylarında büdcənin icrası büdcə intizamının gücləndirilməsi, fiskal idarəetmənin səmərəli təşkili və iqtisadi sabitliyin qorunması istiqamətində mühüm nəticələr verib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin yanvar-avqust aylarında büdcənin gəlirləri üzrə 136,5 milyon manat həcmində proqnoza qarşı faktiki daxilolmalar 180,9 milyon manat təşkil edib. Bu isə 44,4 milyon manat və ya 32,5 faiz artımla icra olunma deməkdir. Büdcəyə daxil olan vəsaitlərin 165,9 milyon manatı və ya 91,7 faizi vergi daxilolmalarının, 12,1 milyon manatı və ya 6,68 faizi gömrük orqanları tərəfindən təmin edilən vəsaitlərin, 1,6 milyon manatı və ya 0,89 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərinin, 1,3 milyon manatı və ya 0,73 faizi isə digər daxilolmaların payına düşüb. Vergi daxilolmaları istiqamətində xüsusilə əlavə dəyər vergisi 121 faiz, aksiz vergisi 153 faiz, fiziki şəxslərin gəlir vergisi 115 faiz, hüquqi şəxslərin mənfəət vergisi isə 126 faiz səviyyəsində icra edilib. Digər daxilolmaların proqnozu 1,5 dəfə üstələməsi büdcə intizamının möhkəmləndirildiyini göstərir.
Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılmış dotasiya üzrə 167,6 milyon manatlıq plana qarşı 120 milyon manat vəsait icra edilib, nəticədə plan göstəricisindən 28,4 faiz azalma qeydə alınıb. Bu isə muxtar respublikanın daxili maliyyə imkanlarının genişləndiyini və büdcə təminatında daxili gəlirlərin rolunun artdığını göstərir.
Büdcə xərcləri üzrə 310,9 milyon manatlıq plana qarşı 276,9 milyon manat icra qeydə alınıb, ümumi icra səviyyəsi 89 faiz olub. Əməyin ödənişi xərcləri 99 faiz və ya 202 milyon manat, sosial ödənişlər 77 faiz və ya 3 milyon manat, subsidiyalar, qrantlar və digər ödənişlər 83 faiz və ya 15 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 73,0 faiz və ya 30,0 milyon manat, qeyri-maliyyə aktivləri 62,0 faiz və ya 26,0 milyon manat icra edilib. Ayrı-ayrı funksional bölmələr üzrə icra göstəricilərində nəzərəçarpacaq dinamika müşahidə edilib. Belə ki, “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə xərclər tam - 100 faiz icra edilərək 6 milyon manat səviyyəsində qeydə alınıb. “Təhsil” bölməsi üzrə 97 faiz icra göstəricisi ilə 99 milyon manat, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” bölməsi üzrə isə 96 faiz icra ilə 54 milyon manat vəsait xərclənib. “Ümumi dövlət xidmətləri” üçün ayrılmış vəsaitlərin 91 faizi, yəni 45 milyon manatı, “Mədəniyyət, incəsənət və digər” bölməsi üzrə isə 91 faizi və ya 16 milyon manat icra olunub.
Ümumilikdə, 2025-ci ilin yanvar–avqust aylarında büdcənin gəlirlərində artım qeydə alınıb, sosial öhdəliklərin icrası isə tam təmin edilib.
Qeyd edək ki, ötən 3 il ərzində muxtar respublikada fiskal dayanıqlığın artırılması istiqamətində məqsədyönlü islahatlar aparılıb, dövlət büdcəsindən muxtar respublika büdcəsinin xərclərinin tənzimlənməsi üçün ayrılmış dotasiyanın məbləği əhəmiyyətli dərəcədə azalıb, büdcə xərclərinin yerli yığımlardan maliyyələşməsinin çəkisi 57 faiz səviyyəsinə çatıb. Növbəti dövrlərdə də fiskal siyasətin təkmilləşdirilməsi, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti sahəsində islahatların aparılması, büdcə gəlirlərinin formalaşma mənbələrinin təkmilləşdirilməsi, büdcə xərclərinin optimallaşdırılması, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, ölkə səviyyəsində aparılan islahatların muxtar respublikada da davam etdirilməsi əsas prioritet olaraq qalır.
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

