Azərbaycan regionun yeni enerji xəritəsini formalaşdırır
30.10.2025 [12:14]
13-cü Beynəlxalq “Caspian Energy Forum”unda ölkəmizin “yaşıl enerji” gücü yüksək dəyərləndirilib
Bakıda Xəzər, Qara dəniz və Baltik regionlarının enerji sektorunun əsas hadisələrindən olan 13-cü Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb. Biznes, hökumət və diplomatik missiya nümayəndələrini bir araya gətirən tədbirdə regionun qlobal enerji keçidindəki rolu, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz ölkələri arasında neft-qaz sektorundakı əməkdaşlıq və digər enerji təchizatı üzrə imkanların qiymətləndirilməsi, habelə “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində aparılan işlər müzakirə edilib. Forumda, həmçinin, COP29 və COP30 kimi beynəlxalq tədbirlərin enerji gündəliyinin formalaşdırılmasında strateji əhəmiyyətin, bərpaolunan enerji və hidrogen layihələrinin tanıdılması, dövlət, biznes və beynəlxalq təşkilatlar arasında dialoqun dərinləşdirilməsi, habelə davamlı enerji sahəsinə investisiyaların təşviqi məsələləri diqqət mərkəzində dayanır.
Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” mərkəzinə çevrilir
Forumda Azərbaycanın “yaşıl enerji” mənbəyi və tranzit ölkəsi kimi potensialına xüsusi diqqət çəkilib. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, Azərbaycan qlobal səviyyədə təmiz enerji strategiyasına töhfə verməkdədir. Ötən il COP29-u uğurlu toplantı kimi dünya enerji tarixinə yazan respublikamızın təşəbbüsü ilə bir sıra mühüm sənədlər imzalandı, strateji qərarlar qəbul olundu. 2030-cu ilədək qlobal bərpaolunan enerji gücünün ən azı 11 min giqavata qədər 3 qat artırılması və enerji səmərəliliyinin 2 faizdən 4 faizə ikiqat yüksəldilməsi məqsədlərinə praktiki töhfə vermək üçün COP29 çərçivəsində enerji sahəsində üç istiqamətdə qlobal əhəmiyyətli təşəbbüs irəli sürüldü və hər biri qəbul edildi.
Y.Rəfiyev bildirib ki, Azərbaycan regionun yeni enerji xəritəsinin formalaşmasında həm istehsalçı, həm də tranzit ölkə kimi mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz hövzəsi ölkələri artıq yeni enerji xəritəsinin formalaşmasında mühüm oyunçulara çevrilirlər: “Azərbaycan bu prosesdə həm istehsalçı, həm də tranzit ölkə kimi önəmli rol oynayır. Xəzər dənizindəki külək potensialının reallaşdırılması ölkəmizi regionun “yaşıl enerji” mərkəzinə çevirir. Biz bərpaolunan enerji gücünə dair hədəflərimizə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq aparırıq. İqlimə uyğunlaşma sahəsində su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatında iqlim dayanıqlığı və ekosistemlərin bərpası üzrə layihələr regionun iqlim risklərinə qarşı davamlılığını gücəndirir”.
Nazir müavini bildirib ki, bərpaolunan enerjinin əsas ünvanlarından biri kimi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr ölkəmizin regionun “yaşıl enerji” mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Cəmi bir neçə ildə bu bölgədə həyata keçirilən quruculuq işlərinin əhəmiyyətli bir hissəsi hidrogen və alternativ enerji infrastrukturlarının və güclərinin yaradılmasını əhatə etməklə, böyük potensial formalaşdırıb. İndiyə qədər bölgədə təkcə 40-a yaxın kiçik su elektrik stansiyası (KSEK) istifadəyə verilib ki, bu da bərpaolunan enerji gücünün artmasına öz müsbət təsirini göstərməkdədir.
KOB sektoru “yaşıl dəyər zənciri”nin formalaşmasına töhfə verə bilər
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov dünya ölkələrində sürətlə bərpaolunan alternativ enerji mənbələrinə keçidin prioritet məsələyə çevrildiyinə diqqət çəkərək bu sahədə dövlətlə yanaşı, biznesin də üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Qeyd edib ki, bu gün ölkəmizdə “yaşıl enerji” sektorunda yeni strategiya formalaşıb. Bu strategiya ilk növbədə ətraf mühitə tullantıların azaldılmasına, tükənməyən resurslarla davamlı enerji əldə edilməsinə və ənənəvi enerji mənbələrinə qənaət və ixrac imkanlarının artırılmasına hədəflənib. Bu hədəflərə xüsusi önəm verən KOB sektoru ölkənin “yaşıl enerji” strategiyasının həyata keçirilməsində rol oynamaq imkanlarına malikdir. Belə ki, “yaşıl enerji”nin istehsalı və logistika prosesindən yaşıl texnologiyaların istehsalına qədər dəyər zəncirinin müxtəlif həlqələrində KOB subyektləri iştirak edə bilər. Ölkəmizdə elektroenergetika sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, aktiv istehlakçının dəstəklənməsi mexanizminin mövcudluğu və ölkəmizin “yaşıl enerji” ixracatçısı kimi hədəflərin olması kiçik güclü bərpaolunan enerji layihələrinin icrasında KOB subyektlərinin potensialından istifadə üçün geniş imkanlar yaradır.
Azərbaycanda fəaliyyət göstərən bizneslərin 99,7 faizini KOB subyektləri təşkil etdiyini və burada 400 min nəfərdən artıq işçi qüvvəsinin cəmləşdiyini qeyd edən Orxan Məmmədov bununla da KOB-ların həm özlərinin yaşıl və qənaətli enerji istehlakını artıra biləcəyini, həm də işçi heyəti arasında bu cür təcrübələrin tətbiqini genişləndirə biləcəyini vurğulayıb.
“SOCAR Green” yeni iştirakçılar cəlb etməyə çalışır
“SOCAR Green” MMC-nin maliyyə departamentinin direktoru Rza Nağıyev isə bildirib ki, şirkət bərpaolunan enerji mənbələri ilə bağlı layihələrə yerli bazar iştirakçılarını cəlb etməyə çalışır. Bu prosesdə kapital qoyuluşları xüsusi əhəmiyyət daşıyır ki, “SOCAR” tərəfdaşlarla müasir maliyyələşmə sxemləri üzərində çalışır. “Yaşıl kapital”ın cəlb olunmasında ən əsas prinsiplərdən biri ICMA - “International Capital Market Association” prinsipləridir ki, bu alətin tətbiqində tələb olunan meyarlara müasir bazar tam imkan verə bilmir. Bunun səbəbi isə hazırda üçüncü tərəf kimi “yaşıl maliyyə” üzrə müstəqil qiymətləndiricilərin olmamasıdır.
“SOCAR Green”i narahat edən digər məsələ bank icmasının tərəddüdləridir, belə ki, bərpaolunan enerji layihələrinin maliyyələşməsinə banklar tərəfindən həyata keçirilən əlverişsiz kredit siyasəti mane olur. Rza Nağıyevin fikrincə, yerli bankların böyük bir qisminin depozit portfeli daha çox qısamüddətli olması “yaşıl enerji” üzrə uzunmüddətli layihələri maliyyələşdirməsinə çətinliklər yaradır.
Yerli banklar “yaşıl enerji”yə kredit verməkdə xəsislik etsə də, xarici investorların, iri transmilli şirkətlərin səxavətliliyi daha çox nəzərə çarpır ki, bu da “yaşıl maliyyələşdirmə” üçün kanalları genişləndirir. Onlardan biri olan Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Masdar” şirkəti yeni alternativ enerji layihələri üzərində səylərini artırmaqdadır. “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov bildirib ki, investor şirkət hazırda Azərbaycanda 3 yeni - 2 Günəş, 1 külək elektrik stansiyası inşa edir. Şirkət digər layihələr üzrə sərmayə planlarını nəzərdən keçirir və Azərbaycanı “yaşıl enerji” sahəsində regionun və MDB məkanının ən qabaqcıl ölkələri sırasında görərək davamlı investisiya cəlb edəcəyini bildirir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

