“ACWA Power”: Azərbaycan Avropa və digər regionlar üçün “yaşıl enerji” habı olacaq
14.01.2026 [10:57]
Azərbaycan inkişaf etmiş enerji sistemi və güclərin artırılması üçün əhəmiyyətli potensiala malik olan əsas ölkələrdən biridir ki, bu da ona həm Avropa, həm də digər regionlar üçün “yaşıl enerji” habına çevrilməyə imkan verir. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin icraçı direktoru Məhəmməd Əbunayyan “AnewZ” telekanalına müsahibəsində bildirib. Şirkətin icraçı direktoru qeyd edib ki, şirkətin marağı təkcə Azərbaycanı deyil, perspektivdə “yaşıl enerji” mərkəzi kimi formalaşa biləcək daha geniş regionu əhatə edir: “Məhz buna görə “ACWA Power” burada günəş və külək enerjisi, enerji saxlanc sistemləri, “yaşıl hidrogen” layihələri, həmçinin son layihələrimizdə artıq əks olunduğu kimi suyun duzsuzlaşdırılmasını inkişaf etdirmək niyyətindədir”.
M.Əbunayyan Azərbaycan Prezidenti İlham Əliyevə strateji baxış və liderlik üçün minnətdarlığını bildirib. O vurğulayıb ki, 240 MVt gücündə olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılış mərasimi iri “yaşıl layihələr”in uğurlu inteqrasiyasının əyani nümunəsi olub: “İlham Əliyevin baxışı və liderliyi sayəsində biz bu miqyaslı layihəni həyata keçirə bildik”.
M.Əbunayyan qeyd edib ki, bir çox ölkələrdə enerji keçidi yalnız alternativ mənbələr prizmasından baxıldığı halda, Prezident İlham Əliyev Azərbaycanda uğurla keçirilən COP29-da bu prosesə dair fərqli yanaşmanı aydın şəkildə çatdırıb. “Enerji keçidi bir enerji mənbəyinə üstünlük verilməsi demək deyil. Bu, bütün resursların optimallaşdırılması, onların bir-birini tamamlaması və siyasi təzyiq altında deyil, mütləq iqtisadi əsaslandırma ilə qlobal məqsədlərə nail olmaq üçün birgə fəaliyyəti deməkdir. Belə yanaşma keçidi dayanıqlı və səmərəli edir”, - icraçı direktor bildirib.
Onun sözlərinə görə, məhz bu baxış Azərbaycana balanslaşdırılmış enerji sisteminin yaradılmasına və lazımi infrastrukturun inkişafına yönəlmiş kompleks enerji keçidi və “yaşıl enerji” strategiyasını formalaşdırmağa imkan verib. Şirkətin icraçı direktoru, həmçinin ölkədəki investisiya mühitini yüksək qiymətləndirərək onun şəffaf və investorlar üçün əlverişli olduğunu qeyd edib: “Azərbaycandakı hər hansı investor ədalətli münasibət və proqnozlaşdırıla bilən şərtlər əldə edir. Məhz buna görə də dünyanın hər yerindən investorlar buraya gəlir və təkcə “yaşıl enerji”yə deyil, digər sahələrə də investisiya yatırırlar”.
M.Əbunayyanın sözlərinə görə, “ACWA Power” COVID-19 pandemiyası, Ukraynada müharibə və ciddi logistik çağırışlarla üst-üstə düşən çətin bir dövrdə Azərbaycanda fəaliyyətə başlayıb.
“Təchizat zəncirindəki problemlərə və 10 min kilometrdən artıq məsafəyə daşımaların həyata keçirilməsində çətinliklərinə baxmayaraq, Azərbaycan hökuməti bütün mərhələlərdə dəstək göstərərək etibarlı tərəfdaş kimi çıxış edib. Bu, investorlar üçün son dərəcə vacibdir”, - o qeyd edib.
“Xızı-Abşeron” KES-in unikallığından danışan icraçı direktor vurğulayıb ki, layihə iki müstəqil elektrik stansiyasından ibarətdir və külək resurslarının müstəsna keyfiyyəti ilə seçilir: “Layihə real iqtisadi dəyərə malikdir: bütün mərhələlərdə yerli məzmundan istifadə olunur, podratçılar cəlb edilir, iş yerləri yaradılır və əhəmiyyətli əlavə dəyər formalaşır. Onun dəyəri təkcə “yaşıl enerji” istehsalında deyil, həm də insanlar üçün iqtisadi imkanların genişləndirilməsindədir”.
240 MVt gücündə olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi Azərbaycanda müstəqil əsasda yaradılan ilk irimiqyaslı külək enerjisi layihəsidir və müstəqil enerji istehsalı (IPP) modeli əsasında həyata keçirilir. Bu layihə ölkənin bərpa olunan enerji mənbələrinə keçid prosesində mühüm rol oynayır.
Tikinti işləri başa çatdıqdan sonra külək parkı ildə 907 GVt/saat təmiz elektrik enerjisi istehsal edəcək ki, bu da 300 mindən çox ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Bu, həmçinin ildə təxminən 400 min ton karbon qazı emissiyalarını azaltmağa şərait yaradacaq ki, bu da Azərbaycanın dayanıqlı inkişaf və dekarbonizasiya sahəsində milli hədəflərə nail olmasına töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

