Asiya Bankı logistika infrastrukturunu modernləşdirəcək
28.01.2026 [10:19]
Azərbaycan da daxil olmaqla layihə tərəfdaşlarına 50 milyon dollar ayrılacaq
Asiya İnkişaf Bankı (AIB) Azərbaycanın tranzit və sərhəd infrastrukturunun inkişafı üzrə əsas iştirakçılarından və liderlərindən biri olduğu “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi” adlı regional layihəni maliyyələşdirməyi nəzərdən keçirir. Layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması, sərhəd məntəqələrinin modernləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsindəki təcrübəsi layihədə iştirak edən digər ölkələr üçün model kimi nəzərdən keçirilir. Layihənin ümumi dəyəri 50 milyon dollar nəzərdə tutulub.
Cənubi Qafqaz - Mərkəzi Asiya platforması
Qeyd edək ki, Asiya İnkişaf Bankı bir müddət əvvəl regionun nəqliyyat-infrastruktur dayanıqlılığını möhkəmləndirmək məqsədilə Azərbaycanda icra olunacaq iki texniki yardım layihəsini də təsdiqləyib. Ümumi məbləği 2 milyon dollar təşkil edən regional layihələrin AİB-in donorluq etdiyi Xüsusi Texniki Yardım Fondu vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyyə tutumu 1,5 milyon dollar olan birinci regional layihə “Birlikdə ACT: Mərkəzi və Qərbi Asiyada sürətlənirik, inkişaf və əməkdaşlıq edirik” adlanır və Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Bu, Cənubi Qafqaz-Mərkəzi Asiya coğrafiyasında birgə kommunikativ əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır. Layihə dəyəri 500 min dollar olan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin təşviqi: 4-cü alt layihə” isə 13 ölkəni əhatə edir. Həmin ölkələrin saırasına ilk layihədəki dövlətlərdən başqa, Sakit okean bölgəsinin üzvləri də daxildir.
Ümumilikdə, bu logistika layihələri yeni əməkdaşlıq platformasını yaratmaq üçün texniki dəstəyi nəzərdə tutur. Əməkdaşlıq prioritetləri isə həddindən artıq geniş olduğundan icra olunacaq layihələrin maliyyə-investisiya dəyəri 100 milyon dollarla vəsait tələb edəcək. Belə ki, Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün böyük hədəf prinsipləri nəzərdə tutulub ki, burada sosial xidmətlər və dayanıqlı məşğulluq, müasir infrastrukturlar, keyfiyyətli səhiyyə, təhsil xidmətlərinin təşkili, iqtisadi inkişaf təşviqləri, iqlim dəyişikliyinə qarşı mübarizə, istehlak və istehsalın təşviqi, “yaşıl inkişaf” hədəfləri, nəqliyyat və logistika sistemlərinin modernləşdirilməsi, institisional tədbirlər və s. mühüm prinsiplər yer alır.
AİB “Maneəsiz Rəqəmsal Dəhliz”i maliyyələşdirir
Asiya Bankı son dövrlərdə Orta Dəhlizin maliyyə donoru kimi də aktiv fəaliyyət göstərir. Bank həmin nəqliyyat ekosisteminin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridorunun (Digital Trade Corridor) yaradılmasını maliyyələşdirib ki, bu da “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında mühüm rol oynamaqdadır. Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhlzi üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi də prioritet təşkil edir.
Bundan başqa, AİB Azərbaycanın regional enerji layihələrinin maliyyələşdirilməsində də donor kimi fəal rol oynayıb, Cənub Qaz Dəhlizi layihəsinə dəstək verən ilk beynəlxalq maliyyə qurumu olub. Avropa İttifaqının enerji təminatında xüsusi rol oynayan bu layihələri də maliyyələşdirməyi öz öhdəsinə götürərək “Şahdəniz” yatağının maliyyələşdirilməsinə 524,5 milyon dollar məbləğində tam şəkildə zəmanət verib.
Ümumilikdə, Asiya Bankı təkcə nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard, enerji layihələrinə isə 1,7 milyard dollar həcmində maliyyə dəstəyi göstərib.
2029-cu ilədək 2,5 milyard dollar
Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor kimi tanınan Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Kapital portfelinin böyük bir hissəsi Çinin maliyyəsi ilə formalaşan bu institut ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı maliyyə təchizatçısı kimi tanınır. Bank növbəti mərhələdə ölkəmizdə digər layihələrdə də dayanıqlı maliyyə dəstəkçisi olacağını bəyan edib. Azərbaycanda səfərdə olan AİB-in prezidenti Masato Kanda hökumət üzvləri ilə keçirdiyi görüşlərin yekununda bildirib ki, bank 2029-cu ilə qədər Azərbaycana 2,5 milyard dollaradək investisiya ayıracaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşündə səmərəli əməkdaşlığa toxunulub, birgə layihələrin uğurlu icrası qeyd edilib. AİB rəhbəri Azərbaycanda dövlət sektoru ilə yanaşı, özəl sektorda yeni layihələrin maliyyələşdirilməsində öz dəstəyini davam etdirəcəyini vurğulayıb. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionda yeni imkanlar yaradacağına əminliyini ifadə edən AİB prezidenti nəqliyyat-tranzit layihələrinə böyükhəcmli kapital yatırmaq imkanlarının perspektivlərinə də müsbət yanaşıb.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58

